Vakansiya haqqında
Əmək funksiyaları:
Müvafiq layihələr üzrə iqtisadi məlumatların toplanmasını, emalını və
sistemləşdirilməsini həyata keçirmək;
Toplanmış məlumatlar əsasında
iqtisadi təhlillər, proqnozlar və qiymətləndirmələr hazırlamaq;
Hazırlanmış layihələrin sosial-iqtisadi təsirlərini təhlil etmək;
Strateji sənədlərin, proqramların və fəaliyyət planlarının hazırlanması üçün iqtisadi
təhlillər və məlumatlar təqdim etmək;
İqtisadi göstəricilər üzrə
analitik hesabatlar, arayışlar və təqdimat materialları hazırlamaq;
Rəsmi statistik məlumatları və digər məlumat bazalarını təhlil etmək, nəticələri
ümumiləşdirmək;
Şöbənin fəaliyyət istiqaməti üzrə normativ hüquqi
aktların, strateji sənədlərin və beynəlxalq təcrübənin iqtisadi aspektlərini təhlil etmək.
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat ixtisası üzrə bakalavr və ya magistr
dərəcəsi;
İş stajı: ənazı 3 il
müvafiq sahədə;
Kompüter bilikləri:Microsoft
Office (xüsusilə Excel) və Power BI, Python və ya Stata proqramlarından biri üzrə orta səviyyədə
biliklər;
Dil bilikləri: İngilis dili (mütləq), rus
dili biliyi üstünlükdür;
İqtisadi proqnozlaşdırma, statistik və
ekonometrik təhlil metodları, analitik hesabatların hazırlanması, məlumatların vizuallaşdırılması, mikroiqtisadiyyat
və makroiqtisadiyyat üzrə biliklər;
İqtisadi məlumatların müxtəlif
mənbələrdən toplanması, emalı və sistemləşdirilməsi bacarığı;
İqtisadi göstəricilərin təhlili və interpretasiyası bacarığı;
İqtisadi proqnozların hazırlanması bacarığı;
Analitik hesabat və arayışların hazırlanması bacarığı.
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri;
Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
