Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş növü: Tam ştat
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox
olmamaq şərtilə həftə içi 5 gün.
Əsas vəzifə öhdəlikləri:
Sektorun səlahiyyətinə daxil olan məsələlər üzrə dövlət orqanı/qurumlarından, hüquqi
və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə Cəmiyyət adından göndərilən hüquqi əsaslı məktub,
sorğu və müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə yoxlanılmasında və eləcə
də bu istiqamətdə zəruri olan digər hərəkətlərin yerinə yetirilməsində iştirak etmək;
Qanunvericiliyi mütəmadi olaraq izləmək, baş verən aidiyyəti yeniliklər üzrə sektor müdirinə
məlumatların təqdim olunmasında iştirak etmək;
Qanunvericilikdə baş verən
yeniliklər və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını hazırlanmaq və sektor müdirinə təqdim olunmasında
iştirak etmək;
Tapşırığa uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı
olan müxtəlif mövzularda qanunvericiliyin tələblərinə dair arayış və məlumatları hazırlamaq və sektor müdirinə
təqdim etmək;
Cəmiyyətin iş nomenklaturasına daxil edilməsi nəzərdə
tutulan sənədlər Siyahısının hazırlanmasında və siyahının təkmilləşdirilməsində iştirak etmək;
Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə tərtib edilmiş İMS sənədlərinin və
müxtəlif məzmunlu normativ sənədlərin layihələrini hüquqi əsaslı yoxlamaq;
Şöbəyə aid fəaliyyət əmrlərinin hazırlanması;
Dövlət orqanı/qurumlarından daxil olmuş normativ hüquqi akt layihələrinə, dəyişikliklərə baxış
keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsində, müxtəlif
normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
Sektorun
fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
Sektorun fəaliyyət istiqamətləri üzrə hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif
məzmunlu reyestrlərin hazırlanmasında və daimi olaraq yenilənməsində iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə
bilməli;
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni,
Torpaq Məcəlləsini, Əmək Məcəlləsini, “Yerin təki haqqında” AR Qanununu, “Lisenziyalar və icazələr haqqında” AR
Qanununu və digər əlaqəli normativ hüquqi aktları bilmək.
Tələb olunan təhsil:
Ali təhsil (Hüquq ixtisası üzrə)
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən
edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda)
iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün
müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat
xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
