Vakansiya haqqında
Canary Travel Agency komandamıza qoşulmaq üçün outgoing tur meneceri vakansiyası elan
edir. Sosial şəbəkələr vasitəsilə daxil olan müştəri sorğularını satışa çevirmək bacarığına malik, turizm sahəsində
təcrübəli və nəticəyönümlü namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
Müxtəlif istiqamətlər üzrə mövsümə və müştəri tələbatına uyğun fərdi və qrup tur
paketlərinin hazırlanması və təşkili;
Aviabiletlərin və hotellərin
müvafiq sistemlər vasitəsilə bronlaşdırılması və satışı;
Müştərilərə viza
dəstəyi xidmətinin göstərilməsi;
Sosial şəbəkələrdən daxil olan müştəri
sorğularının operativ cavablandırılması və satışa çevrilməsi;
Müştərilərin ehtiyaclarına uyğun tur paketlərinin təqdim edilməsi və satış prosesinin idarə
olunması;
Səyahət sığortalarının rəsmiləşdirilməsi;
Xarici və yerli tərəfdaşlarla əlaqələrin qurulması, işgüzar yazışmaların
aparılması;
Satışı həyata keçirilən tur proqramlarının gedişatına nəzarət
edilməsi;
Gündəlik və aylıq satış hesabatlarının hazırlanması və
rəhbərliyə təqdim olunması.
Namizədə tələblər
Turizm sahəsində, xüsusilə outgoing tur meneceri vəzifəsində minimum 2 il iş
təcrübəsi;
Güclü satış və müştəri ilə ünsiyyət
bacarıqları;
Sosial şəbəkələrdən daxil olan sorğuların satışa çevrilməsi
üzrə təcrübə;
Aviabilet və hotel bronlaşdırılması, tur paketlərinin
təşkili sahəsində bilik və bacarıqlar;
İnternetdən sərbəst istifadə,
sürətli məlumat axtarışı və araşdırma aparmaq bacarığı;
Səlis, peşəkar və
işgüzar ünsiyyət bacarığı;
Komandada işləmək və vaxtı düzgün idarə etmək
bacarığı;
İngilis və rus dillərini orta səviyyədə bilmək
arzuolunandır.
İş şəraiti
İş qrafiki: Həftənin 7 günü fəaliyyət göstərən iş rejimi, növbəli
istirahət sistemi ilə;
İş saatları:
10:00–19:00;
İstirahət günləri: Həftə ərzində növbəli
şəkildə 2 gün;
Əməkhaqqı namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun
müəyyən edilir;
Satış nəticələrinə əsasən əlavə komissiya nəzərdə
tutulur;
Satış həcmi artdıqca komissiya məbləği də
artır;
Yüksək satış nəticələrinə uyğun olaraq gəlir artımı imkanı
mövcuddur.
İş ünvanı - Azure Biznes Mərkəzi
Vakansiyaya uyğun namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
E-poçtun mövzu hissəsində “Tur meneceri” qeyd olunmalıdır.
Xahiş olunur, yalnız qeyd olunan tələblərə cavab verən və turizm sahəsində minimum 2 il
iş təcrübəsi olan namizədlər müraciət etsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
