Vakansiya haqqında
İşin təsviri
Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, attestasiyası və texniki
vəziyyətinə nəzarət;
Ölçmə vasitələrinin uçotunu aparmaq, yoxlama və
kalibrləmə müddətlərini izləmək, müvafiq qrafikləri hazırlamaq və yeniləmək;
Yeni alınan ölçmə vasitələrinin və digər avadanlıqların texniki qəbulunda və giriş nəzarətində
iştirak etmək;
Tərəzilərin planlı və plandankənar texniki xidmətlərinin
təşkili prosesində iştirak etmək;
Məhsullar üzrə uyğunluq
sertifikatlarının alınması üçün tələb olunan sənədlərin və müraciətlərin hazırlanmasına dəstək
göstərmək;
Metrologiya sahəsi üzrə dövlət, sənaye və müəssisə
standartlarının, eləcə də normativ-texniki sənədlərin tələblərinə əməl olunmasına dəstək
göstərmək;
Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və texniki
xidməti ilə bağlı sənədləşmə işlərini aparmaq və müvafiq qeydləri yeniləmək.
Tələblər
Metrologiya, ölçmə və nəzarət cihazları, mexanika, elektrik-elektronika, avtomatika,
maşınqayırma və ya digər uyğun texniki ixtisaslar üzrə bakalavr təhsili;
0–6 ay iş təcrübəsi; müvafiq sahədə ilkin bilik və təcrübənin olması
üstünlükdür;
Azərbaycan dilində sərbəst ünsiyyət, Rus və ingilis
dillərini bilmək üstünlükdür;
Metrologiya və ölçmə vasitələri haqqında
ilkin biliklər;
Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi
prinsipləri barədə ilkin anlayış;
Texniki sənədlərlə işləmək və
sənədləşmə aparmaq bacarığı;
MS Office proqramlarından və ERP
sistemlərindən istifadə bacarığı.
İş şərtləri
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı
razılıq əsasında təyin olunur;
Sertifikasiya imtahanları və təlimlərin
şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım
sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən
verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
