Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Tam Store

Elektrik mühəndisi

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: Mağaza layihəsinə uyğun olaraq elektrik xətlərinin, işıqlandırma sistemlərinin və güc avadanlıqlarının çəkilişi və quraşdırılması işlərinin təşkilini və icrasını təmin etmək; Podratçı tərəfindən həyata keçirilən işlərin keyfiyyətinə, elektrik təhlükəsizliyi qaydalarına və təsdiq edilmiş iş qrafikinə uyğunluğuna birbaşa sahədə nəzarət etmək; Layihə üçün tələb olunan elektrik materiallarının (kabellər, avtomatlar, işıqlandırma cihazları, elektrik lövhələri və s.) keyfiyyətinə, texniki spesifikasiyalara və miqdarına uyğunluğunu yoxlamaq; Tamamlanmış elektrik sistemlərinin sınaqlarının (yük sınaqları, torpaqlama sisteminin yoxlanılması və s.) keçirilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət etmək və obyektin təhvil-təslim prosesini həyata keçirmək; İşlərin gedişatı və tamamlanma müddətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Tələb olunan bilik və bacarıqlar: Elektrik sxemlərini və işçi layihələri sərbəst oxumaq, sahədə düzgün tətbiq etmək bacarığı; Daxili işıqlandırma sistemləri, güc paylama lövhələri (panolar) və torpaqlama sistemləri üzrə dərin biliklər; Elektrik təhlükəsizliyi norma və standartları barədə məlumatlılıq; Podratçılarla iş prosesində tələbkar və prinsipial yanaşma nümayiş etdirmək bacarığı; Diqqətlilik, detallara həssas yanaşma və nöqsanları vaxtında aşkar etmək bacarığı; Stressə davamlılıq və layihələrin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi: Ali təhsil (Müvafiq sahə üzrə); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq; Avtomobil olması üstünlükdür. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektrik mühəndisi”yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.