Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı nasos qurğularının idarə
olunmasını təmin etmək;
Nasos avadanlıqlarının işə salınması, istismarı
və dayandırılması proseslərini həyata keçirmək;
Nasosların təzyiq,
sərfiyyat və digər texniki göstəricilərinə nəzarət etmək;
Quyuya maye
vurulması, dövriyyə, yuyulma və təzyiqə nəzarət əməliyyatlarında iştirak etmək;
Nasos qurğularının texniki vəziyyətini yoxlamaq, nasazlıqları müəyyən etmək və aidiyyəti
şəxslərə məlumat vermək;
Avadanlıqların gündəlik texniki baxışını həyata
keçirmək və texniki xidmət işlərində iştirak etmək;
Nasos əməliyyatları
üzrə müvafiq qeydləri aparmaq və hesabatlar hazırlamaq;
Əməliyyatlar
zamanı SƏTƏM və texniki təhlükəsizlik tələblərinə riayət etmək.
Namizədə tələblər:
Orta ixtisas və ya müvafiq texniki-peşə təhsili;
Neft-qaz sahəsində nasos qurğularının operatoru kimi minimum 3 il iş
təcrübəsi;
Quyuların əsaslı təmiri (Workover) əməliyyatları üzrə
təcrübə;
Yüksək təzyiqli nasos avadanlıqlarının iş prinsipləri və
istismar qaydaları üzrə biliklər;
Quyu yuyulması, sirkulyasiya və maye
vurulması əməliyyatları haqqında biliklər;
Texniki təhlükəsizlik və SƏTƏM
qaydaları üzrə biliklər;
Komandada işləmək və növbəli iş rejiminə
uyğunlaşmaq bacarığı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
