Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə
paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq;
Struktur
bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını
həyata keçirmək;
Anbarda mövcud olan materialların təsdiqlənmiş
müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını
təmin etmək;
Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin
təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların
təhvil-təslimini həyata keçirmək;
Anbarda olan mal-materialların faktiki
mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə
rəhbəri vaxtında məlumatlandırmaq;
Materialların müəyyən olunmuş saxlama
və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək;
Materialların
gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq;
Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə
yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq.
İş şəraiti:
İş yeri: Lökbatan qəs.
İş qrafiki: 6
günlük iş həftəsi;
Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və
təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində
təcrübə arzuolunandır);
Anbar uçotu və elektron proqram təminatı ilə (1C
proqramı) işləmək bacarığı (mütləq tələb);
MS Office (MS Word, MS Excel,
Outlook) proqramlarında işləmək bacarığı;
Diqqətlilik, məsuliyyət və
operativlik;
Komanda ilə işləmək və riyazi təfəkkür.
Göstərilən tələblərə cavab verən
namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar”qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
