Vakansiya haqqında
İş şəraiti
Şöbə: SƏTƏMM və Sənaye üzrə Təlim Şöbəsi
Əmək haqqı: 500 AZN GROSS
İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00
İstirahət günləri: Şənbə və bazar
Ünvan: Bakı şəhəri, Qız Qalası yaxınlığı
Vəzifə öhdəlikləri
Təlim iştirakçıları üzrə məlumatların toplanması və
yoxlanılması;
Təlim nəticələrinə əsasən sertifikatların
hazırlanması;
Sertifikatlarda iştirakçıların ad, soyad, təlim adı, tarix
və digər məlumatlarının düzgün qeyd olunmasına nəzarət;
Sertifikatların
çap və elektron formada hazırlanması;
Hazırlanmış sertifikatların
sistemləşdirilməsi və qeydiyyatının aparılması;
Sertifikatların elektron
və fiziki arxivinin təşkili;
Sertifikatlarla bağlı məlumat bazasının
mütəmadi yenilənməsi;
Sertifikatlarda aşkar olunan uyğunsuzluqların
müəyyən edilməsi, düzəldilməsi və yenilənmiş sənədlərin hazırlanması;
Təlim və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Sertifikatların vaxtında hazırlanması və təqdim olunmasına nəzarət;
Sertifikatlaşdırma prosesi üzrə hesabat və siyahıların hazırlanması;
Zəruri hallarda təlim iştirakçıları ilə sertifikatlarla bağlı kommunikasiya.
Namizədə tələblər
Ali təhsil;
Sənədləşmə və administrativ
işlər üzrə iş təcrübəsi;
MS Office proqramlarında, xüsusilə Excel
və Word proqramlarında yaxşı işləmək bacarığı;
Məlumatlarla
işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı;
Səliqəli və
sistemli işləmə bacarığı;
Detallara yüksək diqqət;
Məsuliyyətlilik və operativlik;
Komandada işləmək
bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
bacarığı.
Əsas tələb olunan bacarıqlar
Excel | Word | Sənədləşmə | Məlumatların yoxlanılması | Hesabatların
hazırlanması | Diqqətlilik | Vaxtın idarə edilməsi | Komanda işi
Sınaq müddəti
Namizəd üçün 2 həftəlik sınaq müddəti nəzərdə
tutulur.
Sınaq müddəti ərzində namizədin işə uyğunluğu, məsuliyyəti,
diqqətliliyi, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, həmçinin ümumi iş performansı
qiymətləndiriləcək.
Sınaq müddətinin nəticələrinə əsasən namizəd
işə uyğun hesab olunduğu təqdirdə əməkdaş
olaraq işə qəbul ediləcək.
Vakansiyanın tələblərinə uyğun namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərərkən mövzu hissəsində “Sertifikatların hazırlanması üzrə mütəxəssis” qeyd
etməlidirlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
