Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsi Xərclərə nəzarət üzrə mühasib (Retail) vəzifəsi
üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
Ay bağlanışı prosesində iştirak etmək, gəlir və xərclərin düzgün hesabat dövrünə aid
edilməsini yoxlamaq;
Mağazalar və xərc mərkəzləri üzrə xərclərin düzgün
uçotunun aparılmasına nəzarət etmək;
Mal alışları, daşınma və digər
əlaqəli xərclərin məhsulların maya dəyərinə düzgün daxil edilməsini yoxlamaq;
Satışların maya dəyərini, ümumi mənfəəti və marjanı mağazalar və məhsul kateqoriyaları üzrə
təhlil etmək;
Endirim, kampaniya və qaytarmaların maliyyə nəticələrinə
təsirini qiymətləndirmək;
Mal qalıqları, silinmələr, itkilər və
inventarizasiya fərqlərini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini araşdırmaq;
Təchizatçı bonusları və alış endirimlərinin düzgün uçota alınmasını
yoxlamaq;
İcarə, kommunal, logistika və digər əməliyyat xərclərini büdcə
göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
Mühasibat hesabları üzrə üzləşdirmələr aparmaq və aylıq idarəetmə hesabatlarının
hazırlanmasında iştirak etmək;
Xərclərin optimallaşdırılması imkanlarını
müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq;
Büdcələmə,
inventarizasiya və daxili nəzarət proseslərinin təkmilləşdirilməsində iştirak etmək.
Namizədə dair tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibat uçotu və ya xərclərə nəzarət sahəsində minimum 2 il iş
təcrübəsi;
Pərakəndə satış sektorunda iş təcrübəsinə üstünlük
verilir;
Ay bağlanışı, mal-material uçotu və maya dəyərinin hesablanması
üzrə praktiki biliklər;
MS Excel proqramında yaxşı işləmək
bacarığı;
Mikro və ya digər ERP sistemləri ilə iş
təcrübəsi;
Analitik düşüncə, detallara diqqət və rəqəmlərlə işləmək
bacarığı;
Hesabatların vaxtında və dəqiq hazırlanmasını təmin etmək
bacarığı.
Əlavə üstünlüklər
ACCA F2 (Management Accounting), F3 (Financial Accounting) və F7 (Financial
Reporting) imtahanlarını uğurla vermiş namizədlərə üstünlük verilir;
Pərakəndə satış şəbəkələrində maya dəyəri, marja və əməliyyat xərclərinin təhlili üzrə
təcrübə;
İdarəetmə hesabatlarının hazırlanması və daxili nəzarət
proseslərində iştirak təcrübəsi.
İş şərtləri
İş yeri:Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki:5 günlük iş həftəsi
Əmək haqqı:Namizədin bilik və bacarıqları, iş təcrübəsi və vəzifəyə uyğunluğu
nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller / Xərclərə
nəzarət üzrə mühasib” (Retail)qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
