Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin layihələri üzrə hazırlanan mətnlərin yoxlanılması və redaktə edilməsi,
onların dil, üslub və məna baxımından düzgünlüyünün təmin edilməsi;
Sosial media, reklam kampaniyaları, veb-sayt, təqdimatlar və digər kommunikasiya kanalları
üçün mətnlərin hazırlanması;
Sosial media paylaşımları, Reels və digər
video formatları üçün kontent ideyalarının və ssenarilərin hazırlanması;
Layihələrin kommunikasiya strategiyasına və brend üslubuna uyğun kontentin hazırlanmasının
təmin edilməsi;
Kontent planının hazırlanması, plana uyğun materialların
vaxtında paylaşılmasının təmin edilməsi;
Hazırlanmış kontent və
ssenarilər əsasında foto və video çəkilişlərin planlaşdırılması və koordinasiyası;
Çəkilişlər üçün texniki tapşırıqların, ssenarilərin, kadr planlarının və digər zəruri
materialların hazırlanması;
Fotoqraf, videoqraf, prodakşn komandası,
modellər və digər çəkiliş iştirakçıları ilə işin koordinasiyası;
Çəkiliş
zamanı materialların təsdiq edilmiş ssenariyə və kontent konsepsiyasına uyğunluğuna nəzarət
edilməsi;
Çəkiliş nəticəsində əldə olunan foto və video materialların
ilkin yoxlanılması, uyğun materialların seçilməsi və zəruri düzəlişlərin bildirilməsi;
Video materialların montajdan sonrakı versiyalarının mətn, kadr ardıcıllığı və ümumi
kommunikasiya baxımından yoxlanılması;
Reklam materiallarında istifadə
olunan başlıqların, sloqanların və digər mətnlərin hazırlanması və redaktə edilməsi;
Kontentin Azərbaycan dilində qrammatik, leksik və üslubi baxımdan düzgünlüyünün təmin
edilməsi;
Bütün kommunikasiya materiallarında vahid brend dilinin və
üslubunun qorunmasına nəzarət edilməsi;
Qrafik dizayner, rəqəmsal
komanda, targetoloq və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləyərək kontentin vaxtında və müəyyən
edilmiş standartlara uyğun hazırlanmasının təmin edilməsi;
Kontent və
çəkilişlər üzrə müəyyən edilmiş son tarixlərə (deadline) nəzarətin təmin edilməsi və işlərin vaxtında
tamamlanmasının təmin edilməsi.
İş şəraiti:
Bakı şəhəri;
5 günlük iş həftəsi (09:00 –
18:00);
Əmək haqqı: 1200-1500 AZN (namizədin bilik, bacarıq və
təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər:
Ali təhsil;
Kontent yaradılması və
kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini
mükəmməl səviyyədə bilmək, yüksək yazılı nitq və redaktə bacarığı;
Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq
bacarığı;
Sosial media platformaları və müasir kontent formatları
haqqında bilik;
Komanda və podratçılarla effektiv kommunikasiya və
koordinasiya bacarığı;
Eyni zamanda bir neçə layihə üzrə işləmək,
prioritetləri düzgün müəyyənləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
Detallara diqqət və yüksək məsuliyyət.
Göstərilən tələblərə cavab verən
namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kontent
menecer/Kopirayter”qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
