Vakansiya haqqında
Təsvir
Çağrı mərkəzi əməkdaşlarının gündəlik fəaliyyətinin idarə edilməsi, zənglərə nəzarət
və keyfiyyətin qiymətləndirilməsi vasitəsilə daxili proseslərin optimallaşdırılmasına dəstək;
Komandanın performansının izlənməsi və inkişafı yolu ilə Müştəri Məmnuniyyətinin İdarəolunması
axınının effektiv işləməsinin təmin edilməsi;
Şirkət tərəfindən qoyulmuş
məqsədlərə (KPI-lara) nail olmaq üçün komandaya rəhbərlik və dəstək göstərilməsi;
Əlaqə mərkəzinə daxil olan zənglərin, müraciətlərin (ümumi məlumat, şikayət və təklif xətləri)
müntəzəm dinlənilməsi və qiymətləndirilməsi;
Əvvəlcədən müəyyən edilmiş
keyfiyyət standartlarına (skriptə uyğunluq, ünsiyyət tərzi, problemin düzgün həlli və s.) əsasən
qiymətləndirmə;
Qiymətləndirmə nəticələrinin sistemləşdirilməsi və
müntəzəm hesabatların hazırlanması;
Operatorların gündəlik iş qrafikinin
planlaşdırılması və icrasına nəzarət;
Zəng keyfiyyəti aşağı olan
əməkdaşlar üçün əlavə təlim və inkişaf planlarının hazırlanması;
Komanda
daxilində motivasiyanın artırılması və iş intizamına nəzarət;
Onlayn çat
bölməsinə daxil olan sorğuların vaxtında və keyfiyyətli cavablandırılmasının təmin edilməsi;
Rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıq və sorğuların icrası.
Tələblər
Ali təhsil;
Çağrı mərkəzi və ya müştəri
xidmətləri sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
Microsoft Office proqramları ilə işləmək bacarığı;
Yüksək səviyyədə Azərbaycan dili və rus dili biliyi;
İngilis dili biliyi – minimum B1 səviyyəsi;
Yaxşı ünsiyyət bacarığı;
Müştəri
yönümlülük;
Dəqiqlik və məsuliyyətlilik, komandada işləmək
bacarığı.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis xidməti mövcuddur);
Peşəkar
inkişaf imkanı;
Könüllü tibbi sığorta;
Push30 proqramından 75% endirim ilə istifadə imkanı;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
