Vakansiya haqqında
Tələblər:
İxtisas: Maşınqayırma, mexanika mühəndisliyi, mexatronika və ya müvafiq mühəndislik
sahələri üzrə təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il
iş təcrübəsi;
Xarici dil bilikləri: Rus, türk və ingilis dillərini
bilmək arzuolunandır;
Kompüter bilikləri: MS Office proqramları
(xüsusilə Word və Excel); SolidWorks, AutoCAD proqramlarında işləmək bacarığı;
Inventor, CATIA, UG NX, Pro/ENGINEER kimi 3D modelləşdirmə proqramlarından ən azı birində
sərbəst işləmək bacarığı;
ANSYS proqramı üzrə biliklərə malik olmaq
üstünlükdür. Texniki çertyojların hazırlanması, oxunması və təhlili bacarığı;
Yerli və beynəlxalq standartlar (DÜST, EN, ISO, API, AWWA və s.) üzrə
biliklər;
Layihələrin hazırlanması, icrası və təqibi prosedurları
barədə məlumatlılıq;
Texniki sənədləşmə və hesabatların
hazırlanması bacarığı;
Analitik düşünmə, problem həll etmə və
komandada işləmək bacarığı. sadece bu daha yigcam
Vəzifə öhdəlikləri
İstehsal olunacaq məhsul və detallar üzrə bütün zəruri texniki çertyojların
hazırlanması, rəsmiləşdirilməsi və istehsalata təqdim edilməsi;
Yeni və innovativ məhsulların hazırlanması məqsədilə texniki araşdırmaların aparılması,
detalların layihələndirilməsi və texniki təhlilinin həyata keçirilməsi;
Detalların və montaj vahidlərinin texniki xüsusiyyətlərinin müəyyən edilməsi, müvafiq texniki
sənədlərin və hesabatların hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
Layihələndirilən məhsulların yerli və beynəlxalq standartlara (DÜST, EN, ISO, API, AWWA və s.)
uyğunluğunun təmin edilməsi;
İstehsalat və emalatxana əməkdaşları
ilə sıx əməkdaşlığın qurulması, istehsal prosesində yaranan texniki məsələlərin operativ həllində iştirak
edilməsi;
Qəlibləmə prosesləri üçün modellərin, qəliblərin və
içliklərin layihələndirilməsi;
Yeni sifariş olunan məhsulların
ölçülərinin götürülməsi, texniki parametrlərinin müəyyənləşdirilməsi və prototiplərin
hazırlanması;
Məhsulların konstruktiv təkmilləşdirilməsi və
istehsal proseslərinin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
Hazırlanmış layihələrin texniki tələblərə və istehsalat imkanlarına uyğunluğunun yoxlanılması;
Şöbə rəhbəri tərəfindən verilən digər texniki tapşırıqların icrasında fəal iştirak edilməsi.
İş şəraiti
İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1
Sumqayıt Kimya Sənayə Parkı
Nahar və servis şirkət tərəfindən təmin
olunur.
Maraqlanan namizədlərMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına “Texniki
dizayner” başlığı ilə CV göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
