Vakansiya haqqında
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Məhkəmələrlə
iş üzrə kiçik hüquqşünasvakansiyasını elan edir.
Ferrum Kapital
QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü
olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə
yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini
bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider
şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum
Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni
istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə
edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
Hüquq ixtisası üzrə ali təhsil;
Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyi üzrə
biliklər;
İddia ərizələri və digər hüquqi sənədləri hazırlamaq
bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət
bacarığı;
Hüquqi təhlil aparmaq, əsaslandırılmış mövqe formalaşdırmaq və
fikirlərini aydın təqdim etmək bacarığı;
MS Office proqramlarından
istifadə bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və müəyyən edilmiş
müddətlərə riayət etmək bacarığı;
Effektiv ünsiyyət və komanda ilə
əməkdaşlıq bacarığı.
Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas nə iş görür?
Şirkətin məhkəməyə müraciətləri üzrə iddia ərizələrinin və digər prosessual
sənədlərin hazırlanmasını, aidiyyəti məhkəmələrə təqdim edilməsini təmin etmək;
Verilmiş səlahiyyətlər çərçivəsində şirkəti məhkəmələrdə təmsil etmək və hüquqi mövqeyini
müdafiə etmək;
Məhkəmə işləri üzrə zəruri sənəd və sübutları toplamaq,
təhlil etmək və sistemləşdirmək;
Məhkəmə işlərinin gedişatını, iclas
tarixlərini və prosessual müddətləri izləmək;
Məhkəmə qərarlarını və
digər prosessual sənədləri təhlil etmək, nəticələr barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
Məhkəmə işləri üzrə məlumat bazasını formalaşdırmaq və mütəmadi
yeniləmək;
İcraatda olan işlərin statusu və nəticələri barədə dövri
hesabatlar hazırlamaq.
Əlavə məlumat
5 günlük iş qrafiki: 09:00 – 18:00
Əmək
haqqı: 400 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmələrlə iş üzrə kiçik
hüquqşünas” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti
mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
