Vakansiya haqqında
Təsvir
Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə daxil olan sifarişlərin
anderraytinqini həyata keçirmək;
Biznes müştəriləri üzrə daxil olan
müraciətlər əsasında maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə maliyyə və biznes
təhlili aparmaq, mümkün riskləri müəyyən etmək;
Anderraytinq nəticələri
üzrə yekun rəy təqdim etmək;
Təqdim edilən rəydə sifarişçinin
biznesindəki riskli məqamları göstərmək və sifariş üzrə risklərin adekvat şəkildə azaldılması üçün təkliflər
vermək;
Biznes kreditlərinin təhlilinə dair hesabatların hazırlanmasında
iştirak etmək;
Baş mütəxəssis üçün KOB seqmentinə aid məhsulların
anderraytinqi üzrə müvafiq təqdimat və rəy formalarına əlavələrin hazırlanmasında iştirak
etmək;
Şöbənin fəaliyyətinə aid vəzifə öhdəliklərindən irəli gələn digər
tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat və əlaqəli istiqamətlər
üzrə);
Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi
arzuolunandır);
KOB seqmenti üzrə kredit və qarantiya sifarişlərinin
təhlili və ya anderraytinq istiqamətində minimum 3 il iş təcrübəsi {(baş mütəxəssis vəzifəsinə iddia edən namizəd
üçün minimum 5 il) Korporativ kredit sifarişlərinin təhlili və anderraytinqi üzrə təcrübə
üstünlükdür};
Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu,
həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
Maliyyə hesabatlarının hazırlanması və anderraytinq edilməsi bacarığı;
Müxtəlif növ maliyyə hesabatlarının qurulması və onların avtomatlaşdırılması istiqamətində
təkliflər vermək bacarığı (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlər);
Maliyyə sahəsində sertifikatların (ACCA F3/FFA, ACCA F7/FR) olması
arzuolunandır;
Analitik düşüncə, komandada işləmək, vaxtın idarə
edilməsi, yüksək ünsiyyət və operativ qərarvermə bacarıqları;
MS Office
proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
