Vakansiya haqqında
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk
mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar
axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
Müştərilərə məhsul seçimində kömək etmək
Məhsulları
rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
Məhsulların istifadə
müddətinə və mağazadakı qalığına nəzarət etmək
Mağazada səliqə və
təmizliyin qorunmasında iştirak etmək
Şirkətin müştəri xidməti və satış
standartlarına riayət etmək
Namizədə tələblər:
Minimum orta təhsil
Satış və ya xidmət
sahəsində iş təcrübəsi üstünlükdür
Azərbaycan dilində sərbəst danışıq
bacarığı
İngilis və rus dili biliyi üstünlükdür
Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
Komandada
işləmək bacarığı
Növbəli iş rejimində, gecə növbəsində və bayram
günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
Beynəlxalq brenddə iş imkanı
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Stabil
əməkhaqqı
Növbəli iş qrafiki
Peşəkar təlim və inkişaf imkanları
Karyera
yüksəlişi perspektivi
Dinamik və beynəlxalq iş mühiti
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith Baku mağazası
Əməkhaqqı: 600 AZN.
Maraqlanan namizədlər öz CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
