Vakansiya haqqında
“Alutech Baku” şirkəti üçün Ofis-menecer tələb olunur.
Tələblər:
Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli
olmalı;
Ofis proqramlarında işləmə bacarığı;
Vəzifələrin icrası üçün çalışqan olmaq;
Azərbaycan,
rus və ingilis dillərində ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin ofis fəaliyyətinin gündəlik inzibati və təşkilati işlərini planlaşdırmaq və
koordinasiya etmək.
Daxil olan və göndərilən məktubların,
sənədlərin və digər yazışmaların qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə yönləndirilməsini təşkil
etmək.
Müqavilə, məktub, əmr, ərizə, protokol, arayış və digər
inzibati sənədlərin hazırlanmasında və sistemləşdirilməsində iştirak etmək.
Ofis ləvazimatları və inzibati ehtiyacların təmin olunmasına nəzarət
etmək.
İşçilərin davamiyyəti, məzuniyyət, ezamiyyət və digər
inzibati məsələlər üzrə sənədlərin hazırlanması və uçotunda iştirak etmək.
HR və digər struktur bölmələrlə koordinasiyalı şəkildə işçilərlə bağlı inzibati sənədləşməni
həyata keçirmək.
Şirkətin elektron və kağız sənədlərinin
sistemləşdirilməsi, arxivləşdirilməsi və məxfiliyinin qorunmasını təmin etmək.
İş şəraiti
Ünvan: Heydər Əliyev pr. 106a
İş qrafiki:
6 günlük iş rejimi
Əmək haqqı: 800 AZN (net)
Uyğun namizədlər CV formalarınızıMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilər.
Xahiş olunur CV-lərinizi göndərəndə, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını
qeyd edəsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
