Vakansiya haqqında
Təsvir
Mobil və internet bankçılıq məhsulları və xidmətləri üzrə biznes tələblərini
müəyyənləşdirilməsi, toplanması, təhlil edilməsi və sənədləşdirilməsi;
Biznes və texniki komandalar arasında əlaqələndirici rolun yerinə yetirilməsi, biznes
tələblərin texniki komandaya düzgün çatdırılması;
Mobil və internet
bankçılıq sistemlərinin və biznes proseslərin təhlili, təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi və uyğun
həllər təklif edilməsi;
Developerlərlə əməkdaşlıq edərək mobil və
internet bankçılıq sistemlərinin dizaynı və modifikasiyası üzrə tələblərin izahına və implementasiyasına
dəstək;
Texniki sənədlərin, funksional spesifikasiyaların və istifadəçi
təlimatlarının hazırlanması;
Test mərhələlərində iştirak, test
ssenarilərinin hazırlanmasına dəstək və hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun
yoxlanması;
API-lərin biznes və funksional tələblərinin təhlil edilməsi,
API sənədləşdirilməsinin təmin edilməsi;
Mobil və internet bankçılıq
layihələri üzrə sənədləşmənin Confluence-da aparılması və sənədlərin aktual saxlanılmasını təmin
edilməsi.
Tələblər
Biznes analitikası, sistem analizi və ya əlaqəli sahələrdə minimum 4 il iş
təcrübəsi;
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli
sahələrdə ali təhsil;
Güclü analitik düşünmə və problem həll etmə
bacarıqları;
Biznes proseslərinin təhlili, optimallaşdırılması və
sənədləşdirilməsi üzrə təcrübə;
Biznes analizi və proses modelləşdirmə
vasitələrindən (Visio, Draw.io, UML, BPMN, Activity Diagram) istifadə bacarığı;
SOAP və Postman üzrə praktiki biliklər;
Yaxşı
kommunikasiya və təqdimat bacarıqları;
JIRA, Confluence və digər İT
layihə idarəetmə və əməkdaşlıq vasitələri ilə işləmə təcrübəsi arzuolunandır;
Azərbaycan dili – yüksək səviyyədə; ingilis və rus dilləri – yaxşı
səviyyədə;
Bank sektorunda iş təcrübəsi üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Peşəkar korporativ mühitdə işləmək imkanı
Professional və maddi inkişaf perspektivləri
Bilik
və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Hibrid iş
rejimi
Tibi sığorta paketi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
