Vakansiya haqqında
Arash Companykomandasına
satış sahəsində təcrübəli, texnologiyalara marağı olan, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığına
malikTibbi Avadanlıqlar üzrə Satış Meneceriaxtarır.
Bu vəzifə estetik tibb və dermatologiya
sahəsində istifadə olunan müasir lazer sistemlərinin, RF texnologiyalı cihazların, dermatoloji diaqnostika və digər
estetik müalicə avadanlıqlarının satışını, yeni müştərilərin cəlb edilməsini və uzunmüddətli işgüzar əlaqələrin
qurulmasını əhatə edir.
Axtardığımız namizəd aktiv satış fəaliyyəti
vasitəsilə şəxsi müştəri portfelini formalaşdıracaq, dermatoloqlar, kosmetoloqlar, estetik klinikalar və tibb
mərkəzləri ilə əməkdaşlıq quracaq, avadanlıqların texniki və kommersiya üstünlüklərini peşəkar şəkildə təqdim edərək
şirkətin satış həcminin artırılmasına töhfə verəcək.
Əgər satış sahəsində uğurlu təcrübən varsa,
yeni texnologiyaları öyrənməyi sevirsənsə və yüksək dəyərli məhsulların satışı üzrə peşəkar inkişaf etmək
istəyirsənsə, səni komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
Satış və biznesin inkişafı
Estetik və dermatoloji lazer
sistemlərinin, RF texnologiyalı cihazların, dermatoloji diaqnostika, bədən konturlama və digər estetik müalicə
avadanlıqlarının aktiv satışının həyata keçirilməsi;
Yeni müştərilərin müəyyən edilməsi, cəlb olunması və şəxsi müştəri portfelinin
formalaşdırılması;
Dermatoloqlar, kosmetoloqlar, estetik klinikalar, tibb mərkəzləri və digər
potensial müştərilərlə mütəmadi görüşlərin keçirilməsi;
Avadanlıqların texniki xüsusiyyətlərinin, klinik tətbiq sahələrinin və
kommersiya üstünlüklərinin müştərilərə təqdim edilməsi;
Avadanlıqların iş prinsiplərinin mənimsənilməsi və müştərilər üçün məhsul
nümayişlərinin (demo) həyata keçirilməsi;
Kommersiya təkliflərinin hazırlanması, qiymət və ödəniş şərtləri üzrə
danışıqların aparılması;
Potensial müştərinin müəyyən edilməsindən müqavilənin bağlanmasına və
avadanlığın təhvil verilməsinədək bütün satış prosesinin idarə olunması;
Aylıq, rüblük və illik satış hədəflərinə nail
olunması;
Yeni bazar
imkanlarının araşdırılması, rəqiblərin fəaliyyətinin və texnoloji yeniliklərin
izlənilməsi;
Satış
həcminin artırılması üçün yeni yanaşmaların və təşəbbüslərin irəli sürülməsi.
Müştəri münasibətlərinin idarə olunması
Mövcud və potensial müştərilərlə
uzunmüddətli, etibarlı işgüzar münasibətlərin qurulması;
Uzunmüddətli satış proseslərində potensial müştərilərlə müntəzəm əlaqənin
saxlanılması və satış imkanlarının izlənilməsi;
Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun texnoloji həllərin təklif
olunması;
Mövcud
müştərilərə yeni avadanlıqların, texnoloji yenilənmələrin və əlavə məhsulların təqdim
edilməsi;
Müştəri
etirazlarının peşəkar şəkildə idarə olunması və yüksək dəyərli satış danışıqlarının
aparılması;
Müştəri
məmnuniyyətinin təmin edilməsi və təkrar satış imkanlarının inkişaf etdirilməsi.
Satış proseslərinin idarə olunması
Bütün potensial müştərilərin, görüşlərin,
satış imkanlarının və müştəri kommunikasiyalarının Odoo CRM sistemində vaxtında və düzgün qeydiyyatının
aparılması;
Satış
imkanlarının (Sales Pipeline) mütəmadi izlənilməsi və yenilənməsi;
Satış proqnozlarının hazırlanması və potensial
satışların nəticəyə çevrilməsi istiqamətində aktiv fəaliyyət;
Fərdi satış göstəricilərinin və hədəflərə nailolma
səviyyəsinin izlənilməsi;
Müştəri debitor borclarının izlənilməsi və gecikmiş ödənişlərin yığılmasının
təmin edilməsi;
Avadanlıqların sifarişi, çatdırılması, quraşdırılması və təhvil verilməsi
proseslərində satınalma, logistika və servis komandaları ilə koordinasiya;
Satışdan sonrakı müştəri münasibətlərinin davamlı
inkişaf etdirilməsi.
Marketinq və tədbirlər
Tibbi konfrans, seminar, master-klass və
sərgilərdə şirkətin təmsil olunması;
Potensial müştərilərin şirkət tərəfindən təşkil edilən elmi və maarifləndirici
tədbirlərə cəlb edilməsi;
Avadanlıqların canlı nümayişlərinin (demo), məhsul təqdimatlarının və müştəri
görüşlərinin təşkili və keçirilməsi;
Yeni məhsulların bazara təqdimatı və marketinq kampaniyalarında aktiv
iştirak;
Sahənin
aparıcı mütəxəssisləri və rəy liderləri (KOL) ilə peşəkar əlaqələrin qurulması və inkişaf
etdirilməsi;
Beynəlxalq
istehsalçıların məhsul və texniki təlimlərində iştirak;
Zərurət yarandıqda beynəlxalq konfrans, sərgi və digər peşəkar tədbirlərdə
şirkətin təmsil olunması.
Namizədə tələblər
Ali təhsil (Tibb, Biotibbi Mühəndislik,
Elektrik və Elektronika Mühəndisliyi, Biznesin İdarəedilməsi, Marketinq, Farmasiya və ya digər uyğun
ixtisaslar);
Satış sahəsində minimum 2-3 il iş təcrübəsi
(mütləqdir);
Aktiv
satış, yeni müştərilərin cəlb edilməsi və B2B satış proseslərinin idarə olunması üzrə praktiki
təcrübə;
Tibbi
avadanlıqların, estetik və dermatoloji cihazların satışı sahəsində təcrübə üstünlük hesab
olunur;
Digər sahələrdə
yüksək dəyərli avadanlıq, texnologiya və ya mürəkkəb B2B məhsullarının satışı üzrə uğurlu təcrübəyə malik
namizədlərin müraciətləri də nəzərdən keçiriləcək;
Texniki məhsulların iş prinsiplərini, xüsusiyyətlərini və tətbiq sahələrini
mənimsəmək bacarığı;
Avadanlıqların texniki və kommersiya üstünlüklərini müştərilərə aydın və
peşəkar şəkildə təqdim etmək bacarığı;
Məhsul nümayişlərini (demo) müstəqil şəkildə həyata keçirmək üçün zəruri
texniki bilikləri mənimsəməyə hazır olmaq;
Azərbaycan
dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (mütləqdir);
Rus dilini yaxşı səviyyədə bilmək (mütləqdir);
İngilis dilini yaxşı səviyyədə bilmək (mütləqdir);
MS Office proqramlarında (Word, Excel, PowerPoint)
sərbəst işləmək bacarığı;
CRM sistemləri və satış imkanlarının idarə olunması üzrə
təcrübə;
Odoo ERP
sistemi ilə iş təcrübəsi üstünlük hesab olunur;
Güclü təqdimat, danışıqlar aparmaq və inandırma
bacarığı;
Uzunmüddətli
və yüksək dəyərli satış proseslərini sistemli şəkildə idarə etmək bacarığı;
Analitik və kommersiya
düşüncəsi;
Yeni
müştərilərin cəlb edilməsinə və satış hədəflərinə nail olunmasına yüksək motivasiya;
Müştərilərlə uzunmüddətli münasibətlər qurmaq və
etirazlarla işləmək bacarığı;
Müstəqil işləmək, vaxtı düzgün idarə etmək və fəaliyyətini planlaşdırmaq
bacarığı;
Yüksək
məsuliyyət, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma;
Peşəkar görünüş və işgüzar ünsiyyət etikası;
B kateqoriyalı sürücülük vəsiqəsinin olması
üstünlük hesab olunur;
Bakı və Azərbaycanın digər bölgələrində müştəri görüşlərinə və ezamiyyətlərə
hazır olmaq.
İş şəraiti
İş qrafiki:Bazar ertəsi
– Cümə: 09:00 – 18:00
Şənbə:09:00 – 15:00
İş
yeri:Arash Company, F. İbrahimbəyov küç. 19,
Bakı
İş rejimi:Tam ştat, ofis və müştəri görüşləri
Əməkhaqqı:Namizədin bilik və
təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Bonus sistemi:Satış nəticələrinə
əsaslanan əlavə bonuslar;
Sınaq müddəti:3 ay (sınaq müddətində də satış bonusları tətbiq
olunur);
İşgüzar
səfərlərlə əlaqədar nəqliyyat və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
Biz nə təklif edirik?
Beynəlxalq səviyyədə tanınmış tibbi
avadanlıq istehsalçıları ilə işləmək imkanı;
Müasir və yüksək texnologiyalı estetik və dermatoloji avadanlıqlarla praktiki
tanışlıq;
Satış
nəticələrinə əsaslanan motivasiyaedici bonus sistemi;
Beynəlxalq istehsalçıların məhsul, satış və texniki təlimlərində
iştirak;
Xaricdə
keçirilən tibbi konfrans, sərgi və digər peşəkar tədbirlərdə iştirak perspektivi;
Peşəkar inkişaf və gələcəkdə rəhbər vəzifələrə
yüksəliş imkanları;
Şəxsi müştəri portfelini formalaşdırmaq və inkişaf etdirmək
imkanı;
Korporativ
mobil nömrə;
Ofisdə
ödənişsiz nahar;
Peşəkar və dəstəkləyici komanda mühiti;
Korporativ tədbirlər və komanda
fəaliyyətləri.
Maraqlanan namizədlərdən
CV-ləriniMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Məktubun mövzu hissəsində“Tibbi
Avadanlıqlar üzrə Satış Meneceri”qeyd etməyiniz xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
