Vakansiya haqqında
Rəhbərin gündəlik fəaliyyətinin operativ və səmərəli təşkilini, rəsmi görüşlərin və
işgüzar səfərlərin koordinasiyasını, dövlət qurumları və digər aidiyyəti tərəflərlə rəsmi kommunikasiya və sənəd
dövriyyəsinin həyata keçirilməsini təmin edəcək Rəhbər köməkçisi axtarılır.
Vəzifə öhdəlikləri
Rəhbərin gündəlik iş qrafikinin, görüşlərinin, iclaslarının və işgüzar səfərlərinin
planlaşdırılması və koordinasiyası;
Rəhbərliyin tapşırıqlarının aidiyyəti
struktur bölmələrə operativ yönləndirilməsi və icra vəziyyətinin izlənilməsi;
Dövlət qurumları və digər təşkilatlarla rəsmi yazışmaların və kommunikasiya prosesinin
təşkili;
Daxil olan və gönderilən məktub, müraciət və digər sənədlərin
qeydiyyatı və sistemləşdirilməsi;
Rəsmi məktubların, arayışların,
hesabatların və analitik məlumatların hazırlanması;
Rəhbərin çıxış, nitq,
təqdimat və görüş materiallarının hazırlanmasına dəstək göstərilməsi;
Rəsmi görüşlərin və tədbirlərin protokol qaydalarına uyğun təşkil
edilməsi;
Xarici nümayəndə heyətlərinin qarşılanması və müşayiətinin,
nəqliyyat və logistika məsələlərinin koordinasiyası;
Diplomatik
nümayəndəliklər, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla rəsmi kommunikasiya prosesində
iştirak;
Gündəlik informasiya resurslarının və zəruri hallarda mətbuatın
monitorinqi;
Rəhbərliyin tapşırığı ilə müxtəlif məsələlər üzrə
məlumatların toplanması, təhlili və təqdim edilməsi;
Məxfi və təcili
tapşırıqların operativ icrası.
Tələblər
Cins:Bəy namizəd;
Təhsil: Ali təhsil;
İş
təcrübəsi: Dövlət orqanlarında, dövlət müəssisələrində, idarəetmə strukturlarında və ya rəhbər vəzifəli
şəxslərlə iş üzrə minimum 5 il iş təcrübəsi;
İxtisas:
Hüquq, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər, siyasi elmlər, iqtisadiyyat və ya digər uyğun ixtisaslara
üstünlük verilir;
Biliklər: Dövlət idarəçiliyi, rəsmi
kargüzarlıq və inzibati prosedurlar barədə praktiki bilik;
Yazışma bacarığı: Rəsmi yazışma və sənədlərin hazırlanması üzrə yüksək
bacarıq;
Dil bilikləri: Azərbaycan dili – mükəmməl
səviyyədə; Rus dili – sərbəst; İngilis dili – yaxşı səviyyədə olması üstünlükdür;
Kompüter bilikləri: MS Office proqramlarından (Word, Excel, PowerPoint,
Outlook) yaxşı/peşəkar səviyyədə istifadə bacarığı;
Protokol: Dövlət və beynəlxalq protokol qaydaları barədə
bilik;
Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi
mütləqdir;
Avtomobil: Şəxsi avtomobilinin olması
mütləqdir və zəruri hallarda xidməti məqsədlərlə istifadə etməyə hazır olmalıdır;
Əlavə üstünlüklər: Rəhbər vəzifəli şəxslərlə birbaşa iş təcrübəsi, beynəlxalq
təşkilatlar, diplomatik nümayəndəliklər və ya dövlət protokolu sahəsində təcrübə üstünlükdür.
Şəxsi və peşəkar keyfiyyətlər
Yüksək məsuliyyətlilik və etibarlılıq;
Təşkilatçılıq və operativlik;
Analitik düşüncə və
problemləri həll etmə bacarığı;
Güclü kommunikasiya və danışıqlar aparmaq
bacarığı;
Diqqətlilik və detallara həssas yanaşma;
Stressə davamlılıq və gərgin iş rejimində işləmək qabiliyyəti;
Eyni vaxtda bir neçə tapşırığı prioritetləşdirə bilmək;
Məxfilik və konfidensiallığa ciddi riayət;
Peşəkar
etika və subordinasiya qaydalarına riayət;
Rəsmi və işgüzar geyim
standartlarına (dress-code) uyğunluq.
Tələblərə cavab verən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin mövzu (subject) sətrində “Rəhbər köməkçisi” qeyd olunması
mütləqdir.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
