Vakansiya haqqında
Funksiya: Çilingər-Mexanik — mexaniki avadanlıqların texniki baxışını,
təmirini və sazlanmasını həyata keçirərək onların fasiləsiz və təhlükəsiz işləməsini təmin edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki:
08:00-16:00
08:00-16:00
08:00-16:00
08:00-16:00
08:00-16:00
08:00-13:00
1 gün
istirahət günü
Ümumi məlumat:
Çilingər-Mexanik — istehsalat avadanlıqlarının texniki vəziyyətinə nəzarət edir, təmir və
sazlama işlərini həyata keçirir, avadanlıqların təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edir.
Vəzifə funksiyaları:
Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb
olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları
yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
Yükqaldıran
mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin
dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
Takelaj avadanlıqları
və ləvazimatları sınaqdan keçirmək
Təmirdən sonra əsas və yardımçı
avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək.
Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında
yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
Qol boru və keçidləri yerində hazırlamaq
Şablon
üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq .
Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və
sökmək
Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı
boltlarla bərkitmək
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid
digər tapşırıqları yerinə yetirmək.
Avadanlıqların sökülməsində, təmir
olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə
etmək Əsas iş münasibətləri: Qrupa daxil olan bütün şirkətlər və struktur bölmələri.
Vəzifə tələbləri:
Tələb olunan sahədə minimum 1 il təcrübə
Daxili nizam-intizam qaydalarına əməl etmək
Fiziki
cəhətdən sağlam olmaq
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
Nəqliyyat xidməti;
Nahar
ödənişi.
Müraciət etmək istəyən namizədlər CV mövzu bölməsində “Çilingər-Mexanik
” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera portalı vasitəsilə
göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
