Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Baş planı, memarlıq-planlaşdırma həllərini, işçi çertyojları və digər layihə
sənədlərini oxumaq və tikinti işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;
Tikinti sahəsində memarlıq işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki
spesifikasiyalara və işçi çertyojlarına uyğun yerinə yetirilməsini təmin etmək;
Layihədə nəzərdə tutulmuş binaların, o cümlədən nasosxana, su anbarları və digər tikililərin
memarlıq həllərinin icrasına nəzarət etmək;
Yol, səki, bordyur, yaşıllıq,
avtodayanacaq və digər abadlaşdırma elementlərinin layihəyə uyğun icrasını yoxlamaq;
Fasad, dam, daxili hazırlıq və tamamlama işlərinin layihə həllərinə uyğunluğuna nəzarət
etmək;
Fasad, dam, daxili tamamlanma və digər memarlıq işlərində istifadə
olunan material və texnologiyaların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
Tikinti prosesində sahə şəraiti, texniki zərurət və ya material əvəzlənməsi ilə əlaqədar
dəyişiklik tələb olunduqda, müvafiq memarlıq həllərinin operativ şəkildə hazırlanmasında iştirak
etmək;
Layihədə edilən dəyişiklikləri layihəçi təşkilat və aidiyyəti
tərəflərlə razılaşdırmaq və onların düzgün icrasına nəzarət etmək;
Memarlıq, konstruksiya və mühəndis şəbəkələri bölmələri arasında yarana biləcək
uyğunsuzluqları və kolliziyaları müəyyən etmək, onların həlli üçün aidiyyəti şəxslərlə koordinasiya
aparmaq;
Material nümunələrinin, rəng, faktura və digər memarlıq
həllərinin sifarişçi ilə razılaşdırılması prosesində iştirak etmək;
Tikinti işlərinin keyfiyyətinə və memarlıq həllərinin layihəyə uyğun icrasına nəzarət
etmək;
Subpodratçıların və sahə işçilərinin memarlıq işləri üzrə
fəaliyyətini koordinasiya etmək və görülən işlərin icrasını nəzarətdə saxlamaq;
Azərbaycan Respublikasının şəhərsalma və tikinti normalarının, yanğın təhlükəsizliyi və
əlçatanlıq tələblərinin layihə və tikinti işlərində nəzərə alınmasına nəzarət etmək;
Sahədə yaranan memarlıq və texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli
üçün Tikinti Rəhbəri, layihəçi təşkilat və digər aidiyyəti tərəflərlə koordinasiyalı
işləmək.
Hesabat və sənədləşmə
Memarlıq işləri üzrə müəllif nəzarəti jurnallarında və müvafiq aktlarda qeydlərin
aparılmasını təmin etmək;
Gizli işlər aktlarının və icra sənədlərinin
hazırlanması üçün texniki ofislə əməkdaşlıq etmək;
Layihədə baş verən
dəyişikliklər, aşkar edilmiş nöqsanlar və uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq və Tikinti Rəhbərinə təqdim
etmək;
Görülmüş işlərin layihə və texniki tələblərə uyğunluğu ilə bağlı
müvafiq sənədləşmənin aparılmasında iştirak etmək;
Zəruri hallarda sahə
baxışlarında, texniki iclaslarda və sifarişçi ilə keçirilən görüşlərdə iştirak etmək.
Tələblər
Memarlıq və ya müvafiq sahə üzrə ali təhsil;
Sahə memarı və ya oxşar vəzifədə tikinti sahəsində iş təcrübəsi;
Baş plan, memarlıq-planlaşdırma həlləri, kəsiklər, fasadlar, detallar və işçi çertyojları
oxuma bacarığı;
Bina və qurğuların memarlıq həllərinin tikinti sahəsində
tətbiqi və icrasına nəzarət üzrə praktiki bilik;
Fasad, dam, daxili
tamamlama və abadlaşdırma işlərinin icra texnologiyaları üzrə anlayış;
Memarlıq, konstruksiya və mühəndis şəbəkələri arasında koordinasiya və kolliziyaların müəyyən
edilməsi bacarığı;
Material, rəng və faktura həllərinin seçilməsi və
razılaşdırılması prosesində təcrübə;
Azərbaycan Respublikasının
şəhərsalma və tikinti normaları, yanğın təhlükəsizliyi və əlçatanlıq tələbləri barədə bilik;
AutoCAD proqramında sərbəst işləmək bacarığı;
Revit
və ya ArchiCAD proqramlarında işləmək bacarığı üstünlükdür;
MS Office
proqramlarında işləmək bacarığı;
Texniki sənədləşmə və hesabatların
hazırlanması üzrə bacarıq;
Məsuliyyətli, diqqətli, operativ və komandada
işləmək bacarığı.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və
iri layihələrdə iştirak imkanı;
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə
əsasında müəyyən ediləcək);
İş qrafiki: Tam iş günü;
İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
