Vakansiya haqqında
Honours Academy, Honours Language Institute və Honours Coffee brendlərinin kontent
strategiyasını hazırlayacaq və yaradıcı istehsal prosesini yönləndirəcək Content Strategist & Creative Producer
axtarırıq. Bu rolda əsas məsuliyyətiniz brendlərin məqsədlərini auditoriyaya uyğun kontent ideyalarına çevirmək,
kontentin keyfiyyət və üslub bütövlüyünü qorumaq, çəkilişlərin hazırlığını və yaradıcı icrasını idarə etmək
olacaq.
Əsas vəzifələr:
Marketinq prioritetləri əsasında hər üç brend üçün kontent strategiyası, əsas mövzu
istiqamətləri və rubrikalar hazırlamaq;
SMM mütəxəssisləri ilə birlikdə
aylıq kontent planını formalaşdırmaq;
Ekspert və təhsil məzmunundan
gündəlik həyat və əyləncəli formatlara qədər müxtəlif kontent yanaşmaları hazırlamaq;
Komandanın təklif etdiyi ideyaları auditoriya, brend üslubu və kommunikasiya məqsədi
baxımından qiymətləndirmək və inkişaf etdirmək;
Copywriter ilə birlikdə
video konseptlərini, ssenariləri və əsas mesajları işləmək;
Çəkiliş
məkanını, səhnə quruluşunu, rekvizitləri, iştirakçıların görünüşünü və kadr planını
müəyyənləşdirmək;
Çəkilişi həyata keçirən SMM mütəxəssislərini və kamera
qarşısındakı iştirakçıları yönləndirmək;
Motion və qrafik dizaynerlərə
aydın yaradıcı briflər təqdim etmək, hazırlanmış materialların konseptə uyğunluğunu yoxlamaq;
Təkrarlanan kontent formatları üçün çəkiliş və vizual təqdimat standartları
yaratmaq;
SMM və Marketing Lead ilə kontentin nəticələrini təhlil etmək,
nəticələrə əsasən mövzu və formatları təkmilləşdirmək.
Namizədə tələblər:
Kontent strategiyası, kreativ prodüserlik və ya oxşar istiqamətdə praktik
təcrübə;
İdeyadan yayıma qədər kontent hazırlanması prosesini idarə etmək
bacarığı;
TikTok, Instagram, YouTube və LinkedIn platformalarının kontent
xüsusiyyətlərini anlamaq;
Fərqli auditoriya və brendlər üçün uyğun üslub
və təqdimat yanaşması seçmək bacarığı;
Mürəkkəb mövzuları sadə, maraqlı
və etibarlı formada təqdim etmək bacarığı;
Kadr kompozisiyası, işıq, səs,
səhnə və vizual hekayəçilik prinsipləri üzrə praktik bilik;
Azərbaycan
dilində güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Komandaya aydın brif
vermək, əsaslandırılmış geribildirim təqdim etmək və işləri vaxtında tamamlamaq bacarığı;
Görülmüş işləri və həmin işlərdə şəxsi rolunu göstərən portfolio.
Üstünlük veriləcək:
Təhsil və xidmət sektorunda kontent təcrübəsinə;
Eyni zamanda bir neçə brend üzrə işləmək təcrübəsinə;
İngilis dilində araşdırma aparmaq bacarığına;
Komandada iş bölgüsü:
Bu vəzifənin əsas məsuliyyəti strategiya və yaradıcı istehsalın yönləndirilməsidir.
Çəkilişləri
SMM mütəxəssisləri, dizayn və mürəkkəb montaj işlərini isə
müvafiq dizaynerlər həyata keçirir.
Kamera qarşısında ayrıca iştirakçılar
yer alır.
Vəzifə birbaşa Marketing Lead-ə tabedir.
İş qrafiki:
Həftədə 5 gün: Bazar ertəsi – Cümə;
İş
saatları: 10:00 – 19:00;
Kampaniya, tədbir və xüsusi layihə dövrlərində
iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.
Əməkhaqqı:
Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma
əsasında müəyyən ediləcəkdir.
CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “Content Strategist
& Creative Producer” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Portfolioda təqdim etdiyiniz layihələrdə şəxsi rolunuzu qısa şəkildə qeyd
edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
