Vakansiya haqqında
İş barədə məlumat:
Şirkətdə tətbiq olunan keyfiyyətə nəzarət sisteminin təşkili, idarə edilməsi və
təkmilləşdirilməsi;
İstehsal proseslərinin keyfiyyət standartlarına
və daxili prosedurlara uyğunluğuna nəzarət etmək;
Xammalın,
istehsal prosesinin və hazır məhsulun keyfiyyət göstəricilərinin yoxlanılmasını təşkil
etmək;
Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşlarının işini
planlaşdırmaq, koordinasiya etmək və qiymətləndirmək;
Uyğunsuzluqların səbəblərini araşdırmaq, düzəldici və qabaqlayıcı tədbirlər planını hazırlamaq
və icrasına nəzarət etmək;
Keyfiyyət göstəriciləri üzrə gündəlik,
həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Daxili və xarici auditlərdə iştirak etmək, audit nəticələrinə əsasən fəaliyyət planlarını
hazırlamaq;
ISO 9001, ISO 22000, HACCP, GMP və digər keyfiyyət
standartlarının tətbiqinə və davamlı icrasına nəzarət etmək;
İstehsalat, laboratoriya və digər şöbələrlə koordinasiyalı işləyərək məhsul keyfiyyətinin
davamlı inkişafını təmin etmək;
İşçi heyəti üçün keyfiyyət və qida
təhlükəsizliyi sahəsində təlimlərin təşkilində iştirak etmək;
İş şəraiti
6 günlük iş rejimi;
Nahar şirkət
tərəfindən təmin edilir;
Servis mövcüddur;
Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
Qida mühəndisliyi, qida texnologiyası, baytarlıq, biologiya, kimya, kənd təsərrüfatı
və ya digər müvafiq sahə üzrə ali təhsil;
İstehsalat müəssisəsində
keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş
təcrübəsi;
ISO 9001, ISO 22000, HACCP, GMP və qida
təhlükəsizliyi sistemləri üzrə biliklər;
Azərbaycan Respublikasının
qida təhlükəsizliyi və sanitariya normaları üzrə biliklər;
Analitik
düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
Güclü liderlik,
komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti;
MS Office
proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
ERP və ya digər istehsal idarəetmə proqramlarında işləmək bacarığı
üstünlükdür;
Məsuliyyətli, təşəbbüskar, nəticəyönümlü və yüksək
ünsiyyət bacarıqlarına malik olmaq.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi və əlaqə
məlumatlarınızıMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
