Vakansiya haqqında
İş rejimi: Tam iş günü
Əmək haqqı - razilaşma yolu ilə
Namizədə tələblər
Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
Mühasibat uçotunu müstəqil şəkildə aparmaq bacarığı
Analitik düşüncə, dəqiqlik və yüksək məsuliyyətlilik
Komandada işləmək və iş bölgüsü aparmaq bacarığı
Azərbaycan dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Konsaltinq şirkətində iş təcrübəsi
PMS
sertifikatının olması
Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin
mühasibatlığının aparılması təcrübəsi
Vəzifə öhdəlikləri
Şirkətin mühasibat uçotunun tam və düzgün təşkil edilməsi və
aparılması
Gündəlik mühasibat əməliyyatlarının uçota alınmasına
nəzarət
İlkin mühasibat sənədlərinin yoxlanılması və sistemə daxil
edilməsi
Bank və kassa əməliyyatlarının aparılması
Debitor və kreditor borclarının uçotu və nəzarəti
Alış, satış və xidmət əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi
Əsas vəsaitlərin, materialların və digər aktivlərin uçotunun aparılması
Anbar və inventar uçotuna nəzarət
Əməkhaqqının,
məzuniyyətlərin, xəstəlik vərəqələrinin və ezamiyyələrin hesablanması
İşçilər üzrə müvafiq mühasibat və əməkhaqqı məlumatlarının hazırlanması
Vergi öhdəliklərinin düzgün hesablanması və vaxtında icrasına nəzarət
ƏDV, mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi və digər vergi hesabatlarının
hazırlanması
DSMF və digər məcburi dövlət hesabatlarının hazırlanması və
təqdim edilməsi
Statistik hesabatların hazırlanması
E-taxes, ƏMAS, e-gov və digər elektron portallarla işləmək
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Mənfəət və zərər, balans və digər maliyyə hesabatlarının hazırlanması
Gəlir və xərclərin uçotunun aparılması və təhlili
Vergi və digər dövlət qurumları ilə müvafiq yazışmaların aparılması
Vergi yoxlamaları və audit zamanı tələb olunan sənədlərin hazırlanması
Rəhbərliyə maliyyə vəziyyəti və mühasibat göstəriciləri barədə hesabatların təqdim
edilməsi
Maliyyə və vergi risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə
məlumat verilməsi
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və
saxlanılması
İnventarizasiyanın təşkilində iştirak və nəticələrin uçotda
əks etdirilməsi
Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun
aparılmasının təmin edilməsi
Rəhbərlik tərəfindən verilən mühasibatlıq və
maliyyə ilə bağlı digər tapşırıqların
icrası.
Əlave üstünlükler
1C 8.3 proqramında yüksək səviyyədə işləmək
Vergi və audit yoxlamaları ilə bağlı praktiki təcrübə
Rus və ingilis dillərini bilmək.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
