Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Qazanxana sistemlərinin, köməkçi mexanizmlərin (nasoslar, mühərriklər, soyutma
avadanlıqları və s.) düzgün istismarını, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək, tələb olunduqda onları
işə salmaq və ya dayandırmaq.
Buxar təzyiqini, suyun səviyyəsini,
qızdırıcı sistemlərə verilən suyun temperaturunu, manometrləri, qoruyucu klapanları və avtomatik cihazları davamlı
izləmək, normativlərə uyğunluğunu saxlamaq.
Avadanlıqlarda yaranan
nasazlıqları vaxtında müəyyən etmək və dərhal aidiyyəti şəxslərə məlumat vermək.
Avadanlıqların iş rejiminə dair texniki göstəricilərinin qeydiyyatını aparmaq, sahə üzrə
normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müvafiq jurnalları və sənədləşməni tərtib etmək.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə üzrə normalara, eləcə
də daxili nizam-intizam normalarına riayət etmək.
Tələblər
Təhsil: Orta texniki təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən yuxarı
Yaş həddi: 20-45 yaş aralığında
Sertifikat: Qazanxanaçı sertifikatı
Yüksək texniki biliklər
İş rejimi və şərtlər
İş yeri: Bakı şəhəri, Yasamal Rayonu
İş
rejimi: növbəli (yalnız gecə növbəsi)
Əmək haqqı: 562 Azn
Gross
Maraqlanan namizədlər öz CV-lərini və setifikatlarının surətini Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən vəzifəni qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
