Vakansiya haqqında
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il
iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı;(B2
səviyyə)
MS Office, xüsusilə Excel biliyi;
İdxal-ixrac və satınalma prosesləri üzrə anlayış;
Analitik düşüncə, danışıqlar aparmaq və kommunikasiya bacarığı;
Məsuliyyətli, operativ və komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Yerli və xarici bazarlardan tibbi avadanlıq,
dərman preparatları, qida əlavələri, kosmetik vasitələr və digər məhsulların satınalınmasının
təşkili;
Təchizatçıların
araşdırılması, kommersiya təkliflərinin alınması və qiymətlərin analiz edilməsi;
Yerli və xarici təchizatçılarla danışıqların aparılması
və sifarişlərin yerləşdirilməsi;
Müqavilə, hesab-faktura, qaimə, CMR və digər satınalma sənədlərinin hazırlanması və
koordinasiyası;
Sifarişlərin istehsal, logistika və çatdırılma proseslərinin
izlənilməsi;
Məhsulların
vaxtında və tələb olunan miqdarda təmin olunmasına nəzarət;
Satınalma hesabatlarının hazırlanması və aidiyyəti şöbələrlə koordinasiya.Yeni
təchizatçıların və alternativ məhsul/mənbələrin araşdırılması;
Satınalma prosesində yaranan problemlərin operativ
həlli və təchizat risklərinin minimuma endirilməsi.
İş şəraiti:
İş qrafiki:5/2, 09:00–18:00
Əmək müqaviləsi rəsmiləşdirilir
İş yeri:Bakı şəhəri
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində
“Alış meneceri” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
