Vakansiya haqqında
SAT Group komandasına qoşul!
HR + B2B satış + layihə idarəetməsi
Müasir HR texnologiyaları və 1,700+ şirkətlə işləmək imkanı
1,000 AZN fix + bonuslar
SAT Group 12 ildir insan kapitalının inkişafı, korporativ təlim,
konsaltinq və müasir HR həlləri sahəsində fəaliyyət göstərir və bu müddət ərzində 1,700+ şirkətlə
əməkdaşlıq edib.
Hazırda komandamıza həm müasir HR və qiymətləndirmə platformasının müştərilərə
təqdimatı və satışını, həm də Dövlət Məşğulluq Agentliyi ilə həyata keçirdiyimiz gənclərin inkişafı
və işlə təminatı layihəsini idarə edəcək mütəxəssis axtarırıq.
Bu vəzifə HR, satış və layihə idarəetməsinin kəsişməsində inkişaf etmək
istəyən şəxslər üçün yaxşı imkan yaradır.
Əsas vəzifələrin
İnsan kapitalının qiymətləndirilməsi və biznes inkişafı
Müasir HR və assessment alətlərini, o cümlədən Nartio platformasını
öyrənmək;
Potensial müştərilərin ehtiyaclarını
müəyyənləşdirmək;
Müştərilərə uyğun həllərin təqdimatını və demolarını
keçirmək;
Mövcud müştərilərlə əlaqələri və təkrar satış imkanlarını
inkişaf etdirmək;
Satış komandası ilə birlikdə yeni müştərilərin cəlb
edilməsi və satış prosesinin idarə olunmasında iştirak etmək.
Burada əsas gözləntimiz məhsulu sadəcə təqdim etmək deyil, müştərinin problemini
anlayaraq uyğun həll təklif etməkdir.
Dövlət Məşğulluq Agentliyi layihəsi
SAT Group bu layihə çərçivəsində 400-dən çox gəncin hazırlanmasına və işlə təmin
olunmasına dəstək verib.
Sən:
İşsiz gənclərin cəlb olunması və seçimini idarə edəcəksən;
Namizədlərlə müsahibələr keçirəcəksən;
DMA ilə
sənədləşmə və koordinasiyanı həyata keçirəcəksən;
Təlim qruplarının
formalaşdırılmasını və təlim prosesini təşkil edəcəksən;
Məzunların işlə
təmin olunması prosesini izləyəcəksən;
Layihənin əsas nəticələrini və
göstəricilərini idarə edəcəksən.
Səndə hansı səriştələri görmək istəyirik?
Kommunikasiya və təqdimat
Nəticəyönümlülük
Analitik
düşüncə
Öyrənmə çevikliyi
Prioritetləşdirmə və vaxtın idarə edilməsi
Təsir göstərmə və inandırma
Komanda işi
Tələblər
25–35 yaş aralığı;
Ali təhsil;
HR, Recruitment,
Talent Management, L&D, B2B satış və ya biznes inkişafı sahələrindən birində minimum 2
il təcrübə;
Güclü kommunikasiya və insanlarla işləmək
bacarığı;
Nəticəyönümlü və təşəbbüskar yanaşma;
Bir neçə prosesi paralel idarə edə bilmək;
CRM və
MS Office / Google Workspace bilikləri;
Azərbaycan dilində səlis danışıq
və yazı;
İngilis dili biliyi üstünlükdür.
Nartio və digər HR alətlərini əvvəlcədən bilmək tələb olunmur. Əsas
gözləntimiz yeni məhsul və prosesləri sürətlə öyrənmək və onları müştəri ehtiyacları ilə əlaqələndirə
bilməkdir.
Nə təklif edirik?
1,000 AZN sabit əmək haqqı + bonuslar
Əlavə olaraq:
Satış və biznes inkişafı üzrə praktiki təcrübə;
İdarəetmə və biznes yönümlü təlimlərdə iştirak;
Müasir HR və assessment alətləri ilə işləmək;
1,700 + şirkətlə işləmək təcrübəsi;
Peşəkar və karyera inkişafı imkanları.
İş şəraiti
İş qrafiki: 09:00–18:00
İş formatı: Tam iş günü
İş
yeri: Bakı
Bu vəzifə kimə uyğundur?
Əgər sən HR və satışın kəsişməsində inkişaf etmək, insanlarla işləmək,
müasir HR texnologiyalarını öyrənmək və real biznes nəticələri yaratmaq istəyirsənsə, səni SAT Group
komandasına dəvət edirik.
CV-niMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində “Biznes
İnkişafı üzrə Mütəxəssis” qeyd edə bilərsən.
SAT Group — İnkişaf et, çox qazan!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
