Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
İstehsalat sifarişlərinin layihə və texniki çertyojlara uyğun icrasını təmin
etmək.
Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyənləşdirmək,
işlərin mərhələlər üzrə planlaşdırılmasında iştirak etmək.
Memar, usta,
qaynaqçı, şkulkaçı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını təmin
etmək.
Hər bir layihə və iş mərhələsi üzrə nəzərdə tutulan vaxtlara
nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək.
Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü koordinasiya etmək, prioritetləri
müəyyənləşdirmək və istehsalatın fasiləsiz işini təmin etmək.
Xammal,
material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək.
Material sərfiyyatını hesablamaq, itkiləri minimuma endirmək və istehsalat xərclərinə nəzarət
etmək.
Anbar, satınalma, layihələndirmə və quraşdırma komandaları ilə
koordinasiyanı təmin etmək.
Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə
və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
İşçi heyətinin
fəaliyyətini təşkil etmək, iş təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək.
İstehsalatın məhsuldarlığı və material sərfiyyatı üzrə hesabatlar
hazırlamaq.
Namizədə tələblər:
Müvafiq sahədə 5 il təcrübə.
İstehsalat
proseslərinin vaxt üzrə planlaşdırılması, işçi resurslarının düzgün bölüşdürülməsi və icra müddətlərinə nəzarət
bacarığı.
Bir neçə layihənin eyni vaxtda idarə olunması, hər bir layihə
üzrə iş mərhələlərinə və əməkdaşların sərf etdiyi vaxta nəzarət etmək bacarığı.
İş həcminə əsasən layihə üzrə əmək və vaxt resurslarının müəyyənləşdirilməsi və
optimallaşdırılması bacarığı.
Anbar uçotu, materialların hərəkəti və
inventarizasiya prosesləri haqqında biliklər.
İstehsalat və anbar
proqramlarında işləmək bacarığı.
MS Excel proqramında cədvəllər,
formulalar, material uçotu və hesabatlarla işləmək bacarığı.
ERP
sistemləri, 1C: ERP, 1C: Anbar ilə işləmək bacarığı üstünlükdür.
AutoCAD
proqramında texniki çertyojları oxumaq və yoxlamaq bacarığı.
İstehsalat
avadanlıqları, materiallar və texnoloji proseslər haqqında biliklər.
Rəhbərlik, operativ qərarvermə, planlaşdırma və problem həll etmə
bacarıqları.
Yüksək məsuliyyət, dəqiqlik və analitik
düşüncə.
İş şəraiti:
Qrafik: 6\1
Ünvan: Kənd
Əhmədli
Əmək haqqı: 1000-2000 AZN
Qeyd: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə
tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri
və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.
Müraciət üçün CV faylınızıMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına və ya 051 240 06 06
nömrəsinə İstehsalat rəisi başlığı ilə göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
