Vakansiya haqqında
Vesta Consulting MMC Biznesin inkişafı üzrə mütəxəssis vakansiyasını
elan edir.
Sizə məlumat vermək istərdik ki, Vesta Consulting komandasının böyük bir hissəsini
istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza
qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Namizədə dair tələblər:
Biznesin inkişafı, satış, korporativ müştərilərlə iş və ya biznes tərəfdaşlıqları
sahəsində müvafiq iş təcrübəsi
Biznes prosesləri, satış
prinsipləri və bazar dinamikası haqqında anlayış
Güclü ünsiyyət, təqdimat
və danışıqlar aparmaq bacarığı
Analitik düşünmə, strateji yanaşma və
biznes imkanlarını qiymətləndirmək qabiliyyəti
Müştəriyönümlülük,
təşəbbüskarlıq və nəticəyönümlülük
Kommersiya təklifləri, fəaliyyət
planları və hesabatlar hazırlamaq bacarığı
MS Office proqramları,
xüsusilə Excel və PowerPoint ilə işləmək bacarığı
Komanda ilə işləmək və
müstəqil qərarlar qəbul etmək qabiliyyəti
Korporativ satış və B2B
əməkdaşlıqları sahəsində təcrübə
CRM sistemləri ilə işləmək
bacarığı
Müqavilələrin hazırlanması, kommersiya danışıqları və yeni
bazarların inkişafı üzrə təcrübə
Azərbaycan/ingilis /rus
/polyak dillərində yüksək ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
Yeni biznes imkanlarını, potensial müştəriləri və strateji tərəfdaşları
müəyyənləşdirmək
Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və
inkişaf perspektivlərini qiymətləndirmək
Yeni müştərilərin cəlb edilməsi
və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
Potensial müştərilər və biznes tərəfdaşları ilə görüşlər, təqdimatlar və kommersiya
danışıqları aparmaq
Kommersiya təkliflərinin hazırlanması və
müqavilələrin razılaşdırılması prosesində iştirak etmək
Şirkətin
gəlirlərinin və bazar payının artırılması üçün yeni strategiyalar və təşəbbüslər irəli sürmək
Yeni bazarlara, müştəri seqmentlərinə və satış kanallarına çıxış imkanlarını
araşdırmaq
Digər şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlıqlar qurmaq və
inkişaf etdirmək
Biznes inkişafı üzrə fəaliyyət planları hazırlamaq,
müəyyən edilmiş hədəflərin icrasını izləmək
Fəaliyyət nəticələrini təhlil
etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək
Şirkətin digər
struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışmaq
Əlavə məlumat
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Ünvan
– Demirçi plaza
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Biznesin inkişafı üzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə
saxlanacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
