Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AAC MMC

Avtomatika üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

İstehsalat proseslərinin fasiləsiz və effektiv işləməsində avtomatika sistemlərinin rolu böyükdür. Bu sahədə texniki bilik və təcrübəsinə güvənən mütəxəssisləri AAC MMC komandasına qoşulmağa dəvət edirik! Əsas vəzifə öhdəlikləri: Mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılması və tənzimlənməsi; Ölçmə, tənzimləmə, siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmət göstərilməsi; Avtomatika və elektronika sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Baş vermiş texniki xətaların səbəblərinin araşdırılması; PLC sistemlərinin konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirində iştirak; Avtomatika avadanlıqlarının planlı-xəbərdaredici təmir işlərinin həyata keçirilməsi; Avtomatika sistemlərinə aid avadanlıqların gündəlik, aylıq və illik texniki baxış və təmir işlərinin icrası; Qazanxana və su təmizləmə sistemlərinin gündəlik nəzarətdə saxlanılmasında iştirak; Görülmüş işlərlə bağlı müvafiq texniki sənədləşmənin aparılması. Namizədə tələblər: Avtomatika, elektronika, elektrik və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili; Müvafiq sahədə iş təcrübəsi; PLC sistemləri, idarəetmə kontrollerləri və sənaye avtomatikası üzrə biliklər; Elektrik və avtomatika sxemlərini oxumaq və analiz etmək bacarığı; Ölçmə, tənzimləmə və siqnallama sistemləri haqqında biliklər; Kompüter bilikləri; Azərbaycan dili biliyi, xarici dil bilikləri üstünlükdür; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı. Əmək haqqı: 1 200 – 1 500 AZN İş şəraiti: İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km; İş rejimi: 2 növbəli iş qrafiki; Nahar şirkət tərəfindən təmin olunur; Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan iş yerinə çatdırılma servisi mövcuddur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.