Vakansiya haqqında
Vesta MMC Memar Dizayner vakansiyasını elan edir.
Vesta MMC komandamıza qoşulmaq üçün istedadlı, məsuliyyətli və peşəkar inkişaf etməyə
həvəsli memar-dizayner axtarır. Məqsədimiz praktiki biliklərə malik, öyrənməyə açıq və komandamızla birlikdə inkişaf
etmək istəyən mütəxəssisləri cəlb etməkdir.
Vəzifə öhdəlikləri
Autodesk Revit proqramında yüksək səviyyədə işləmək və layihələri Revit mühitində
inkişaf etdirmək
Eskiz və ilkin layihədən işçi layihə mərhələsinə qədər
memarlıq layihələrinin hazırlanması və inkişaf etdirilməsi
Memarlıq üzrə
Faza 1 və Faza 2 çertyojlarının hazırlanması
Plan, fasad, kəsik və icra
detallarının hazırlanması və koordinasiyası
Memarlıq üzrə Shop
Drawing-lərin hazırlanması, inkişaf etdirilməsi və yoxlanılması
Tikintidə
birbaşa istifadə oluna bilən, texniki cəhətdən düzgün və detallı işçi çertyojların hazırlanması
Revit-də Professional Sheets və tam layihə Documentation-ın hazırlanması
Dimension, Tag, Schedule, View Template, Family və digər Revit alətlərindən düzgün və effektiv
istifadə etmək
Revit modelini səliqəli, standartlara uyğun və komanda işi
üçün əlverişli şəkildə təşkil etmək
Plan, fasad, kəsik və detallar
arasındakı əlaqəni düzgün qurmaq və layihənin bütün çertyojlarında koordinasiyanı təmin etmək
AutoCAD proqramında sərbəst işləmək
Mövcud memarlıq
çertyojlarını oxumaq, analiz etmək, yoxlamaq və zəruri dəyişiklikləri həyata keçirmək
Tikinti materialları, konstruktiv həllər və memarlıq detallarını anlamaq və çertyojlarda
düzgün tətbiq etmək
Layihə sənədlərinin müəyyən edilmiş standartlara və
texniki tələblərə uyğun hazırlanmasını təmin etmək
Tələblər
Memarlıq, memarlıq mühəndisliyi, interyer memarlığı və ya memarlıq və tikinti ilə
əlaqəli digər ixtisaslar üzrə ali təhsil
Memarlıq və layihələndirmə
sahəsində praktiki iş təcrübəsi
Autodesk Revit proqramında peşəkar işləmə
bacarığı
AutoCAD proqramında sərbəst işləmək
bacarığı
Konsept, eskiz və işçi layihə mərhələləri üzrə
biliklər
İşçi çertyojların (Working Drawings), icra detallarının və Shop
Drawing-lərin hazırlanması üzrə bilik və praktiki bacarıqlar
Tikinti
materialları, konstruktiv həllər və texniki detallar haqqında biliklər
3ds Max, SketchUp, V-Ray, Corona və Photoshop proqramları üzrə biliklər
üstünlükdür
Məsuliyyətlilik, dəqiqlik, komanda ilə işləmək və verilən
tapşırıqları düzgün yerinə yetirmək bacarığı
Öyrənməyə, yeni biliklər
qazanmağa və peşəkar inkişaf etməyə həvəsli olmaq
Namizədlərdən CV və portfoliolarını təqdim etmələri xahiş olunur.
Portfolioda 3D vizualizasiyalarla yanaşı, namizədin iştirak etdiyi layihələrə aid
memarlıq planları, fasadlar, kəsiklər, işçi layihə, icra detalları, Shop Drawing və Revit sənədlərindən mövcud
nümunələrin təqdim olunması arzuolunandır.
Yalnız 3D renderlər deyil, texniki iş nümunələrinin də təqdim edilməsi namizədin
bacarıqlarının qiymətləndirilməsində əhəmiyyətlidir.
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Memar Dizayner” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
