Vakansiya haqqında
İş barədə
məsuliyyətlər:
Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun
hazırlanması və vaxtında təqdim edilməsi;
Bütün növ maliyyə
hesabatlarının tərtib olunması;
Mühasibatlıq şöbəsinin işinin təşkili və
komandanın idarə edilməsi;
İstehsal sahəsində mühasibat uçotunun düzgün
qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun
aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin
etmək;
Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə
inventarizasiyada iştirak və nəzarət edilməsi;
Daxili mühasibatlıq
sistemində köçürmələrin idarə olunması;
Təchizatçılar və müştərilərlə
yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması;
Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra
edilməsi;
İş prosesində məlumatların məxfiliyinin
qorunması.
Namizədə olan
tələblər:
Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali
təhsil;
Yaş həddi: 28 – 50 yaş;
Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi
mütləqdir);
Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların
olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə
sertifikatları);
Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı
ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları;
Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları;
Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik
təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı;
Dil
bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100
İş qrafiki: Həftə içi 6 gün
Əməkhaqqı: Müsahibə
əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək);
Nahar ilə təmin olunma;
Korporativ mobil
nömrə;
Rahat və stabil iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən
CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055-293-13-39
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
