Vakansiya haqqında
İş yeri:Sumqayıt / Xızı
Əsas öhdəliklər:
Avtomatik boya xəttinin işə salınması, dayandırılması və idarə
olunması;
Boyanacaq məmulatların konveyerə düzgün
yerləşdirilməsi;
Avadanlığın (püskürdücü tabancalar, konveyer sistemləri,
kabin ventilyasiyası və s.) işinə nəzarət edilməsi;
Boya miqdarının,
rəngin və qat qalınlığının standartlara uyğun tənzimlənməsi;
Səthin
əvvəlcədən hazırlanması (yağdan təmizləmə, fosfatlama, zımpara – prosesə görə);
Boya xəttində yaranan nasazlıqları vaxtında aşkar etmək və xətt menecerinə
bildirmək;
İş sahəsinin və avadanlığın təmizliyinə riayət
etmək;
Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi
qaydalarına əməl etmək.
Tələblər:
Orta və ya texniki/peşə təhsili;
Boyama,
örtükləmə, istehsal sahəsi və ya oxşar sahələrdə iş təcrübəsi (Avtomatik konveyerli boya xətti təcrübəsi, boya
qarışdırma təcrübəsi və s. üstünlükdür) – 1 il;
Elektrostatik toz boya,
havalı və ya havasız spreylə boya texnologiyası haqqında baza biliklər;
Elektrostatik püskürtmə örtük sistemləri, qurutma sobaları və səth hazırlama üsulları ilə
tanışlıq;
Boya kabinləri, tabancaları və filtrasiya sistemləri ilə işləmə
bacarığı;
Rəng keçidi, qat qalınlığı və səth hazırlığı haqqında ilkin
biliklər;
Boyanın texniki göstəricilərinə uyğun iş prinsiplərini bilmək
üstünlükdür;
Örtüklər və kimyəvi maddələrlə əlaqəli əməyin mühafizəsi,
təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları haqqında əsas biliklər;
Sənaye şəraitində keyfiyyət standartlarını anlamaq;
İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək;
İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
Nahar;
Könüllü tibbi
sığorta;
Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Boya operatoru” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
