Vakansiya haqqında
Vəzifə haqqında:
BEOC Qum adasında təmir-bərpa işləri zamanı yükqaldırma əməliyyatlarının təhlükəsiz
və səmərəli həyata keçirilməsi, yüklərin düzgün hazırlanması, yoxlanılması və bərkidilməsi, həmçinin kran
operatorlarının müvafiq siqnallarla yönləndirilməsi məqsədilə Takelajçıvakansiyası üzrə müsabiqəni
açıq elan edir. Bu vəzifə yükqaldırma və takelaj əməliyyatlarının təsdiq edilmiş planlara, şirkət prosedurlarına və
müvafiq sənaye standartlarına uyğun həyata keçirilməsini əhatə edir.
Əsas vəzifə öhdəlikləri:
Müxtəlif növ yükqaldırma əməliyyatlarını təyinatına uyğun və təhlükəsiz şəkildə
həyata keçirmək.
Təhlükəsiz iş zonasını rəhbərlə razılaşdırmaq, ərazinin
əməliyyatlar üçün uyğunluğunu təmin etmək.
Qum adasında təmir-bərpa
işləri zamanı yükqaldırma əməliyyatlarını həyata keçirmək.
Müvafiq
takelaj avadanlıqlarından istifadə etməklə yük ilə qaldırıcı avadanlıq arasında düzgün əlaqə yaratmaq və yükləri
təhlükəsiz şəkildə bərkitmək.
Yükqaldırma əməliyyatlarından əvvəl yükün
çəkisini, ağırlıq mərkəzini, balansını və dayanıqlığını qiymətləndirmək.
Təsdiq edilmiş yükqaldırma planlarına və yükqaldırma qabiliyyəti cədvəllərinə uyğun işləmək,
əməliyyatlarla bağlı riskləri qiymətləndirmək.
Yükqaldırma zamanı kran
operatorlarını təsdiq edilmiş əl və radio siqnalları vasitəsilə yönləndirmək.
Takelaj avadanlıqlarını və yükqaldırma aksesuarlarını düzgün seçmək, yoxlamaq və təhlükəsiz
istifadə etmək.
Rəhbər, kran operatorları və digər komanda üzvləri ilə
koordinasiyalı işləmək, aşkar edilmiş çatışmazlıqlar və təhlükəli hallar barədə məlumat vermək.
İşə başlamazdan əvvəl, iş zamanı və iş başa çatdıqdan sonra əməyin təhlükəsizliyi qaydalarına
riayət etmək, insanların və iş mühitinin təhlükəsizliyini qorumaq.
Tələblər və kvalifikasiyalar:
Təhsil: Orta təhsil və ya ona ekvivalent təhsil arzuolunandır.
Sertifikatlar: Etibarlı takelajçı sertifikatı və ya təsdiq edilmiş yükqaldırma və takelaj
təlimi tələb olunur. Siqnalçı və yük bağlayıcı üzrə əlavə sertifikatların olması üstünlükdür.
İş təcrübəsi: Tikinti, neft-qaz, dəniz, sənaye və ya ağır avadanlıq sahələrində minimum 2–3 il
iş təcrübəsi tələb olunur. Mobil kranlar, tırtıllı kranlar, körpülü kranlar və xüsusi yükqaldırma avadanlıqları ilə
iş təcrübəsi üstünlükdür.
Texniki bilik və bacarıqlar: Yükqaldırma və
takelaj prinsiplərini, təhlükəsiz yükqaldırma qaydalarını, yükqaldırma planlarını və yükqaldırma qabiliyyəti
cədvəllərini oxumağı, takelaj avadanlıqlarından və yükqaldırma aksesuarlarından istifadəni, yükün çəkisini və
ağırlıq mərkəzini müəyyən etməyi, riskləri qiymətləndirməyi, əl və radio siqnalları ilə ünsiyyət qurmağı
bacarmaq.
Davranış səriştələri: Təhlükəsizlik və risk intizamı, davamlı
öyrənmə və təkmilləşdirmə, əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük və hesabatlılıq, insanlara və iş
mühitinə qayğı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
