Vakansiya haqqında
BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə
təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal
yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına
dəstək olur. Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil
edir.
Bu rolda əsas məqsəd satış komandasını idarə etmək və inkişaf etdirmək, şirkətin B2C və
B2B satış nəticələrini yüksəltmək və satış prosesini sistemli, ölçülə bilən və dayanıqlı bir struktura
çevirməkdir.
Biz satış komandasını idarə etmə təcrübəsi olan, zərurət yarandıqda satış prosesinə
şəxsən qoşulub mürəkkəb danışıqları özü aparan, komandasını öz nümunəsi ilə inkişaf etdirən və satışın
strukturlaşdırılmasına öz təcrübəsi ilə töhfə verən Satış rəhbəri axtarırıq.
Əsas vəzifələr:
Satış komandasını idarə etmək: məqsəd və hədəfləri müəyyənləşdirmək, iş prosesini
təşkil etmək, performansı izləmək və dəyərləndirmək;
Komandanı inkişaf
etdirmək: zəng və yazışmaları analiz etmək, fərdi feedback vermək, praktiki təlimlər keçirmək və komanda üzvləri
arasında nəticə fərqini azaltmaq;
Zərurət yarandıqda B2C satış prosesinə
şəxsən qoşulmaq: mürəkkəb danışıqları aparmaq, satış görüşlərində iştirak etmək və sövdələşmələri nəticəyə
çatdırmaq;
B2B satış istiqamətini inkişaf etdirmək: korporativ
müştərilərlə görüşlər, təqdimatlar və danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və əməkdaşlıqları
rəsmiləşdirmək;
Müştəri münasibətlərini idarə etmək: həssas və mübahisəli
hallarda müştəri məmnuniyyətini və şirkətin maraqlarını balanslı şəkildə qoruyan həll variantları təklif etmək,
müştəri loyallığını təmin etmək;
Mövcud satış prosesini qiymətləndirmək
və təkmilləşdirmək: satış skriptləri, müqavilə və sənədləşmə, CRM və data idarəetməsi, hesabatlılıq və daxili
standartlar üzrə təkliflər hazırlamaq və tətbiq etmək;
Satış üzrə bilik
bazasını formalaşdırmaq (satış skripti, playbook, obyeksiyalarla iş metodikası), yeni əməkdaşların adaptasiyasına
nəzarət etmək və komanda daxilində vahid satış standartlarını təmin etmək;
Konversiya, SLA və digər satış göstəricilərini izləmək, müştəri qərarlarına təsir edən
amilləri analiz etmək, riskləri vaxtında müəyyənləşdirmək və operativ həll yolları təklif etmək.
Namizəddən gözləntilərimiz:
Satış sahəsində minimum 5 il təcrübə, bunun ən az 2 ili satış komandasının idarə
edilməsi üzrə;
Rəqəmlərlə ifadə olunan real satış nəticələri və idarə
etdiyi komandanın nəticələrini yüksəltmə təcrübəsi. B2C və B2B təcrübəsi, habelə təhsil və ya xidmət sektorunda iş
təcrübəsi üstünlükdür;
Satış proseslərinin qurulması və
standartlaşdırılması təcrübəsi (satış skripti, playbook, satış mərhələləri, CRM, müqavilə və sənədləşmə
standartları);
Mentorluq və təlim bacarığı: komanda üzvlərinin inkişaf
sahələrini müəyyənləşdirmək, motivasiyanı qorumaq və nəticələri yüksəltmək;
Müştəri münasibətlərinin idarə edilməsi və həssas halların həllində təcrübə: danışıq zamanı
operativ, balanslı və hər iki tərəf üçün məqbul həll təklif edə bilmək;
Güclü şifahi və yazılı kommunikasiya, danışıqlar aparmaq və fərqli müştəri profilləri ilə
professional münasibət qurmaq bacarığı;
Analitik düşüncə və
problem-solving: hər yeni situasiyaya fərdi yanaşmaq və müstəqil həll yolları tapmaq;
Satış göstəriciləri ilə işləmək bacarığı: konversiya, satış hunisi və
hesabatlar;
Rus dili biliyi üstünlükdür;
Yüksək məsuliyyət, təşəbbüskarlıq, sürətli icra və nəticəyönümlülük.
Bu rolda bizə yalnız komandaya istiqamət verən rəhbər deyil, satış prosesini yaxından
tanıyan, zərurət yarandıqda mürəkkəb danışıqları özü aparan, komandasını öz təcrübəsi və nümunəsi ilə gücləndirən və
satışın sistemli qurulmasına öz töhfəsini verən satış lideri lazımdır.
Maraqlanan namizədlərdən müraciətlərini "Satış rəhbəri - Ad Soyad" mövzu başlığı
ilə, mail mətnində aşağıdakı 3 bəndə cavablarını qeyd etməklə,Müraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
İdarə etdiyiniz komanda ilə əldə etdiyiniz bir nəticə: komandanın həcmi, konkret rolunuz, əsas göstəricilər və nəticə;
Mürəkkəb müştəri situasiyasını uğurla həll etdiyiniz bir hal: vəziyyət nə idi, hansı yanaşmanı seçdiniz və nəticə nə oldu;
Arzu etdiyiniz əmək haqqının minimum və maksimum aralığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
