Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Müştəriləri satış mərkəzində qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və
uyğun məhsul və həllər təklif etmək;
Müştəriləri Şirkətin məhsul və
xidmətləri ilə tanış etmək, məhsulların əsas texniki xüsusiyyətləri və istifadə imkanları barədə məlumat
vermək;
İT məhsullarının (kompüterlər, noutbuklar, monitorlar,
printerlər, aksesuarlar və digər avadanlıqlar) satışı üzrə müştərilərə məsləhət xidməti
göstərmək;
Müştərilərin büdcə və tələblərinə uyğun məhsulları seçmək,
alternativ məhsulları müqayisə etmək və satışın həyata keçirilməsini təmin etmək;
Satış əməliyyatlarını düzgün və vaxtında rəsmiləşdirmək, müştəri sifarişlərini, hesabları və
müvafiq satış sənədlərini hazırlamaq;
Məhsulların anbardan sifariş
edilməsi, mağazaya gətirilməsi və müştəriyə təhvil verilməsi proseslərini həyata keçirmək və
izləmək;
1C proqramında məhsul qalıqlarına nəzarət etmək, ehtiyatı azalan
və ya mövcud olmayan məhsulların vaxtında sifariş edilməsi üçün müvafiq tədbirlər görmək və anbarla koordinasiyanı
təmin etmək;
Satış, sifariş və məhsul qalıqları üzrə məlumatların 1C
proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək;
Korporativ
müştərilərdən daxil olan sorğuların ilkin emalında, məhsul siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında
iştirak etmək;
Korporativ satış şöbəsinə müştəri sorğuları, məhsulların
qiymətləri, mövcudluğu və çatdırılma müddətləri barədə məlumatların təqdim edilməsində dəstək
göstərmək;
Tender və kotirovka sorğuları üzrə tələb olunan məhsulların
müəyyənləşdirilməsində və kommersiya təkliflərinin hazırlanması üçün məlumatların toplanmasında iştirak
etmək;
Müştəri xidmətinin keyfiyyət standartlarına və korporativ davranış
qaydalarına riayət etmək;
Şirkəti yüksək səviyyədə təmsil etmək, onun
imicini və işgüzar nüfuzunu qorumaq;
Müəyyən edilmiş satış planlarının və
fəaliyyət göstəricilərinin yerinə yetirilməsini təmin etmək;
İşçilər üçün
təşkil olunan təlimlərdə iştirak etmək, məhsullar və satış prosesləri üzrə biliklərini mütəmadi
artırmaq;
İş yerinin səliqəsini və şəxsi görünüşünə dair korporativ
tələblərə riayət etmək.
Davranış bacarıqları
Vaxtın idarə edilməsi;
Komandada işləmək
bacarığı;
Ünsiyyətcillik və çeviklik;
Müştəriyönümlülük və müsbət münasibət;
Güclü iş
etikası və məsuliyyətlilik;
Danışıqlar aparmaq
bacarığı;
Münaqişələrin həlli və çətin müştərilərlə işləmək
bacarığı;
Diqqətlilik və məlumatlarla düzgün işləmək
bacarığı.
Xüsusi tələblər
Təhsil:
Biznes, iqtisadiyyat, marketinq, menecment və ya İT sahələri üzrə ali təhsil
arzuolunandır;
Orta ixtisas təhsili olan namizədlər də nəzərdən keçirilə
bilər.
Təcrübə:
İT məhsullarının satışı sahəsində minimum 2 il iş təcrübəsi;
Korporativ müştərilərlə iş və B2B satışları üzrə təcrübə üstünlükdür;
Kompüter bacarıqları:
MS Excel, Word və Outlook proqramlarından istifadə bacarığı;
1C proqramında işləmək bacarığı; 1C üzrə iş təcrübəsi üstünlükdür;
Texniki biliklər:
Kompüterlər, noutbuklar, monitorlar, printerlər və digər İT məhsulları haqqında baza
bilikləri;
Məhsulların əsas texniki xüsusiyyətlərini anlamaq və müqayisə
etmək bacarığı.
Dil bilikləri:
Azərbaycan dili – əla səviyyədə;
Rus dili
– yaxşı səviyyədə;
İngilis dili – arzuolunandır.
Əmək haqqı: Müsahibə zamanı təyin
olunacaq
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
