Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında
aparılmasına nəzarət etmək;
Vergi, maliyyə, statistika və digər dövlət
hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
Aylıq, rüblük
və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti
həyata keçirmək.
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istehsal sahəsində
təcrübəyə üstünlük verilir);
Aksizli malların uçotu, aksiz
bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi sahəsində yüksək səviyyədə praktiki təcrübə
(mütləqdir);
Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi,
əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək
səviyyədə praktiki biliklər;
Azərbaycan Respublikasının vergi
qanunvericiliyi, xüsusilə aksizli malların vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi
güzəştləri üzrə dərin biliklər;
Maliyyə hesabatlarının hazırlanması və
müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə
bilmək;
Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək
bacarığı;
Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama
bacarıqları;
Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət
bacarıqları;
Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə
ciddi riayət etmək;
Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması
üstünlük hesab edilir.
İş barədə məlumat
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən
ediləcək;
İş yeri: Hüseynbala Əliyev 32/24
İş vaxtı: 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Baş
mühasib” yazmaqlaMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya
tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
