Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Material, xammal, ehtiyat hissələri və avadanlıqlara olan tələbatın planlaşdırılması
və təhlili;
Qısa, orta və uzunmüddətli təchizat planlarının hazırlanması
və yenilənməsi;
SAP ERP sistemində satınalma tələblərinin (Purchase
Requisition) hazırlanması və idarə edilməsi;
Anbar ehtiyatlarının
monitorinqi və optimal ehtiyat səviyyəsinin təmin edilməsi;
Struktur
bölmələrlə əməkdaşlıq edərək material tələbatı və çatdırılma müddətlərinin koordinasiyası;
Təchizatçı sifarişlərinin icrasına və çatdırılma proseslərinə nəzarət;
Material sərfiyyatının təhlili və gələcək tələbatın proqnozlaşdırılması;
Satınalma, ehtiyatlar və planlaşdırma üzrə hesabatların hazırlanması;
Təchizat və ehtiyatların idarə edilməsi proseslərinin təkmilləşdirilməsində
iştirak;
SAP sistemində məlumatların düzgünlüyünə
nəzarət.
Tələblər
Müvafiq mühəndislik ixtisasları üzrə ali təhsil (mütləq
tələb);
Təchizat, satınalma və ya planlaşdırma sahəsində minimum
5 il iş təcrübəsi;
Ehtiyatların idarə olunması və tələbatın
planlaşdırılması üzrə biliklər;
MS Excel proqramını yüksək səviyyədə
bilmək (PowerPoint biliyi üstünlükdür);
SAP ERP, xüsusilə SAP MM və MRP
modulları ilə işləmək bacarığı (üstünlükdür);
Analitik düşüncə və hesabat
hazırlamaq bacarığı;
İngilis və rus dillərini texniki sənədlərlə və
təchizatçılarla işləyə biləcək səviyyədə bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər:
Analitik düşüncə;
Planlaşdırma və
təşkilatçılıq bacarığı;
Detallara diqqətlilik;
Böyük həcmdə məlumatlarla işləmək bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
Məsuliyyətlilik və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək
haqqı;
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
