Vakansiya haqqında
Şirkətimiz Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərəcək, satış sahəsində
təcrübəyə və müvafiq müştəri bazasına malik Satış Təmsilçiləri axtarır.
İş əraziləri və hədəf müştəri sektorları:
Şimal zonası
Ərazi: Quba, Xaçmaz, Qusar
Hədəf
sektorlar: Meyvə-tərəvəz anbarları, aqroparklar və kənd təsərrüfatı müəssisələri.
2Cənub zonası
Ərazi: Lənkəran, Astara, Masallı, Cəlilabad
Hədəf sektorlar: Kənd təsərrüfatı, balıqçılıq və ərzaq emalı müəssisələri.
Qərb zonası
Ərazi: Gəncə, Şəmkir, Tovuz, Qazax
Hədəf
sektorlar: Meyvə-tərəvəz anbarları, süd zavodları, quşçuluq təsərrüfatları, aqrar müəssisələr, hotel və
restoranlar.
Mərkəzi və Qarabağ zonası
Ərazi: Yevlax, Bərdə, Ağcabədi, Ağdam, Şirvan
Hədəf sektorlar: Logistika və istehsal müəssisələri, soyuducu anbar obyektləri, hotel və
restoranlar.
Əsas vəzifə və öhdəliklər:
Təyin olunmuş region üzrə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının
genişləndirilməsi;
Müəssisələrin rəhbərləri və qərarverici şəxslərlə
işgüzar əlaqələrin qurulması;
Məhsul və xidmətlərin təqdim edilməsi,
kommersiya təkliflərinin hazırlanması;
Potensial müştərilərlə görüşlərin
keçirilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
Satış
planlarının yerinə yetirilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;
Bazarın araşdırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi.
Namizədə dair tələblər:
Satış sahəsində 1–3 il iş təcrübəsi;
Müvafiq region üzrə hədəf sektorlarında fəaliyyət göstərən müştəri bazasının və ya mövcud
işgüzar əlaqələrin olması;
Güclü ünsiyyət və danışıqlar aparmaq
bacarığı;
Yeni müştərilər cəlb etmək və uzunmüddətli əməkdaşlıq qurmaq
bacarığı;
Şəxsi avtomobilinin və sürücülük vəsiqəsinin
olması;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü
olmaq.
İş şəraiti:
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək;
İş qrafiki: Sərbəst;
Bonus: Satış nəticələrinə uyğun əlavə bonus imkanları.
Vacib qeyd:
Namizədlər müraciət etdikləri region üzrə ayrıca qiymətləndiriləcəklər. Hər bir
Satış Təmsilçisi yalnız müraciət etdiyi və seçdiyi ərazi üzrə fəaliyyət göstərəcək.Namizədin müvafiq regionda
yaşaması və ya həmin ərazini yaxşı tanıması, eləcə də orada mövcud müştəri əlaqələrinə malik olması üstünlük deyil,
əsas tələb kimi nəzərdə tutulur.Bir region üzrə müraciət edən namizədin başqa regiona yönləndirilməsi nəzərdə
tutulmur.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı
formatdan istifadə edilməsi xahiş olunur:
Müraciət edilən region – Regionlar üzrə Satış Təmsilçisi
vakansiyası
Nümunə: Şimal zonası – Regionlar üzrə Satış Təmsilçisi vakansiyası
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
