Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Risklərin Qiymətləndirilməsi: Liman ərazisindəki bütün iş
prosesləri (yükləmə-boşaltma, kran əməliyyatları və s.) üzrə riskləri müəyyən etmək və effektiv nəzarət tədbirləri
hazırlamaq.
Təhlükəsizlik Təlimləri: İşçi heyəti və
subpodratçılar üçün müntəzəm olaraq SƏTƏM qaydaları, ilkin yardım və fövqəladə hallar üzrə təlimlər təşkil etmək və
keçirmək.
Sahə Monitorinqi: Liman ərazisində gündəlik
təhlükəsizlik baxışları keçirmək, qayda pozuntularını aşkar etmək və onların dərhal aradan qaldırılmasını təmin
etmək.
Ətraf Mühitin Mühafizəsi: Tullantıların idarə
olunması, dəniz suyunun çirklənməsinin qarşısının alınması üzrə ekoloji standartlara nəzarət
etmək.
Sənədləşmə və Dəstək: Müəssisə daxili SƏTƏM
prosedur və təlimatlarının hazırlanmasında aktiv iştirak etmək; iş icraçılarına və rəhbər işçilərə təhlükəsizlik
məsələlərində metodiki köməklik göstərmək.
Namizədə dair Tələblər:
Təhsil: Ali təhsil(Texniki və ya Mühəndislik
arzuolunandır).
Dil bilikləri:Azərbaycan dili - sərbəst,
İngilis dili- İntermediate (yazmaq/oxumaq).
Təcrübə:Gəmicilik və ya liman/terminal sahəsində SƏTƏM üzrə minimum 3 il iş
təcrübəsi.
Qanunvericilik: Azərbaycan Respublikasının
Əmək Məcəlləsi və müvafiq SƏTƏM qanunvericiliyi (normativ-hüquqi aktlar) üzrə biliklər.
Sertifikatlar:Müvafiq beynəlxalq (NEBOSH, IOSH) və yerli SƏTƏM
sertifikatları. (arzuolunandır)
Yazılı Ünsiyyət:SƏTƏM
sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı.
Təşəbbüskarlıq və İnnovasiya:SƏTƏM sisteminin təkmilləşdirilməsi üçün yeni
ideyalar irəli sürmək, iş proseslərini daha təhlükəsiz və səmərəli edəcək müasir həllər təklif etmək
qabiliyyəti.
İş Şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Məkan: Liman ərazisi (Şıxov)
İş vaxtı: 6 günlük,
istirahət günü: bazar günü.
Əmək haqqı: 1500-1700 AZN
Net
Nahar şirkət tərəfindən qarşılanır
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində
“SƏTƏM üzrə Mütəxəssis” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
