Vakansiya haqqında
Şirkətin neft və qaz, tikinti, mədənçilik,
istehsalat və dövlət satınalmaları sahələri üzrə yerli və beynəlxalq satınalma proseslərinin səmərəli idarə
edilməsini təmin edir, strateji təchizatçı əlaqələrinin qurulmasında, tenderlərin idarə olunmasında və satınalma
fəaliyyətlərinin şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsində iştirak edir.
Vəzifə
öhdəlikləri:
Şirkətin satınalma ehtiyaclarını planlaşdırmaq, tələbnamələri təhlil etmək və
satınalma proseslərini vaxtında və səmərəli şəkildə həyata keçirmək;
Yerli və xarici təchizatçıların araşdırılmasını, qiymətləndirilməsini və seçimini həyata
keçirmək, etibarlı təchizatçı bazasını formalaşdırmaq və davamlı olaraq yeniləmək;
Qiymət sorğuları (RFQ), tender və kommersiya təkliflərinin hazırlanmasını,
qiymətləndirilməsini və müqayisəli təhlilini aparmaq;
Təchizatçılarla
qiymət, çatdırılma müddəti, ödəniş şərtləri, zəmanət və digər kommersiya şərtləri üzrə danışıqlar
aparmaq;
Satınalma müqavilələrinin hazırlanması, razılaşdırılması və
icrasına nəzarət etmək;
Satınalma proseslərinin şirkətin daxili
prosedurlarına, HSE tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun icrasını təmin etmək;
Tender sənədlərinin hazırlanması və dövlət, eləcə də özəl sektor layihələri üzrə satınalma
proseslərinin koordinasiyasında iştirak etmək;
Satınalma büdcəsinə və
xərclərə nəzarət etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və rəhbərliyə müvafiq hesabatlar təqdim
etmək;
Logistika, gömrük rəsmiləşdirilməsi və malların vaxtında
çatdırılması proseslərini aidiyyəti şöbələrlə koordinasiya etmək;
Təchizat zəncirində yarana biləcək riskləri qiymətləndirmək, alternativ həllər hazırlamaq və
fasiləsiz təchizatı təmin etmək;
Satınalma fəaliyyəti üzrə dövri
hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika, Təchizat Zəncirinin İdarəedilməsi və
ya digər aidiyyəti sahələr üzrə);
Satınalma sahəsində minimum 5
il;
Yerli və beynəlxalq satınalma, tender və müqavilələrin idarə edilməsi
sahəsində bilik və təcrübə;
Neft və qaz, tikinti, istehsalat və ya sənaye
sahələrində satınalma təcrübəsi üstünlükdür;
Analitik düşünmə,
danışıqların aparılması və qərarvermə bacarığı;
MS Office proqramlarını
yüksək səviyyədə bilməli, ERP və ya 1C sistemləri ilə işləmək bacarığı üstünlükdür;
Təchizat və satınalma fəaliyyəti olan şirkətlərdə
təcrübəsinin olması üstünlükdür;
Azərbaycan dilini mükəmməl,
ingilis dilini yaxşı səviyyədə bilməli; rus dili biliyi üstünlükdür.
Əmək şəraiti:
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Pozitiv və dinamik iş mühiti;
İş qrafiki: Bazar
ertəsi – Cümə günü (5 gün);
İş vaxtı: 09:00–18:00;
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən
edilir.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
