Vakansiya haqqında
İş şəraiti
Əməkhaqqı: 500–1.500 AZN + avtomobil xərclərinin kompensasiyası
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş
həftəsi
Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus
sistemi;
Yanacaq xərclərinin qarşılanması;
Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin
kompensasiyası;
Əmək qanunvericiliyinə uyğun
rəsmiləşdirmə.
Vəzifə öhdəlikləri
Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb
edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
Müştərilərlə kommersiya
danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər
çərçivəsində razılaşdırılması;
Müştərilərdən gündəlik sifarişlərin qəbul
edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi;
Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin
təşkili;
Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi,
yaranan məsələlərin operativ həlli;
Müştərilərlə qarşılıqlı
hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət;
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin
artırılması;
Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların
təqdim edilməsi.
Namizədə tələblər
Şəxsi avtomobilinin olması (mütləqdir);
Satış və ya ekspeditor sahəsində iş təcrübəsi;
Qida
məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir;
Bakı
şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq;
Müştərilərlə
danışıqlar aparmaq və satış bacarığı;
Məsuliyyətli, təşəbbüskar və
nəticəyönümlü olmaq.
Namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına “Satış ekspeditoru”
başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
