Vakansiya haqqında
Əsas öhdəliklər
Sosial media və rəqəmsal kommunikasiya: Şirkətin rəsmi sosial media hesablarını
idarə etmək, təsdiqlənmiş məzmunu hazırlamaq və dərc etmək, məzmun təqvimini aparmaq və korporativ ünsiyyətdə vahid
yanaşmanı təmin etmək.
Veb-sayt məzmununun idarə edilməsi: Şirkətin
veb-saytında icra olunan və tamamlanmış layihələr, xəbərlər və fəaliyyətlə bağlı təsdiqlənmiş məlumatları yeniləmək;
texniki dəyişiklikləri kənar xidmət təminatçıları ilə əlaqələndirmək.
Layihələrin foto və video materialları: Layihə sahələrində peşəkar foto və video çəkilişlərini
təşkil etmək, layihə heyəti və podratçılarla koordinasiya aparmaq, materialların keyfiyyətini və tələblərə
uyğunluğunu yoxlamaq.
Sahəvi əlaqələrin inkişafına dəstək: Departamentlə
razılaşdırılmaqla şirkətin tanınmasını və işgüzar əlaqələrini gücləndirmək üçün peşəkar şəbəkələrdə və sahəvi
tədbirlərdə iştirakın təşkilinə dəstək vermək.
Marketinq kampaniyalarının
əlaqələndirilməsi: Təsdiqlənmiş marketinq və kommunikasiya kampaniyalarının məqsədləri, məzmunu, müddətləri,
podratçılarla iş və yekun hesabatlılıq üzrə koordinasiyasını təmin etmək.
Korporativ brendinq və tanıtım materialları: Broşür, banner, dəftərxana ləvazimatları, vizit
kartları və tanıtım məhsullarında korporativ üsluba riayət olunmasını təmin etmək; dizayn, satınalma və istehsal
işlərini əlaqələndirmək.
Şirkətin təmsil olunması: Verilmiş səlahiyyətlər
çərçivəsində işgüzar tədbirlərdə şirkəti təmsil etmək və onun korporativ dəyərlərinə və kommunikasiya prinsiplərinə
uyğun çıxış etmək.
Sərgilər və işgüzar tədbirlər: Sərgi, konfrans və
işgüzar tədbirlərdə iştirak üçün qeydiyyat, stend materialları, logistika və təşkilatçılarla kommunikasiyanı
əlaqələndirmək.
Korporativ təqdimatlar və layihə referansları:
Müştərilər, tərəfdaşlar və maliyyə institutları ilə görüşlər üçün şirkət profillərini, korporativ təqdimatları,
layihə referanslarını və digər tanıtım sənədlərini hazırlamaq və yeniləmək.
Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr: Təsdiq olunmuş dərc və media
kommunikasiyası üçün şirkət elanlarını, press-relizləri, layihə yeniliklərini və uğur hekayələrini hazırlamaq və
əlaqələndirmək.
Tələblər
Marketinq, kommunikasiya, ictimaiyyətlə əlaqələr, biznesin idarə edilməsi və ya
əlaqəli sahə üzrə bakalavr təhsili.
B2B marketinq, korporativ
kommunikasiya, PR və ya brendinq sahəsində azı 2–3 il müvafiq təcrübə; tikinti, infrastruktur və sənaye sahələrində
təcrübə üstünlükdür.
Yüksək səviyyədə işgüzar yazı, redaktə, korrektə və
təqdimat hazırlama bacarıqları.
MS PowerPoint proqramında yüksək
səviyyədə işləmək bacarığı; MS Office, Canva, Adobe və ya oxşar dizayn alətləri üzrə biliklər.
Korporativ veb-saytların, sosial media hesablarının və məzmun təqvimlərinin idarə edilməsi
üzrə təcrübə.
Brend standartları, peşəkar korporativ kommunikasiya və B2B
məzmun hazırlığı üzrə biliklər.
Rəqəmsal analitika alətlərindən (məsələn,
Google Analytics) istifadə və rəhbərlik üçün aydın hesabatlar hazırlamaq bacarığı.
Təchizatçıları, tədbirləri və paralel tapşırıqları əlaqələndirmək üçün güclü təşkilatçılıq
bacarıqları.
Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və
şifahi ünsiyyət bacarıqları; rus dili ciddi üstünlükdür.
Texniki layihə
məlumatlarını anlamaq və qeyri-texniki auditoriyaya düzgün çatdırmaq bacarığı.
Zərurət yarandıqda ölkədaxili və beynəlxalq ezamiyyətlərə getməyə hazır
olmaq
Detallara diqqət, məxfilik, düzgün qərarvermə, son tarixlərə riayət
etmək və ehtiyac olduqda layihə sahələrinə səfər etmək hazırlığı.
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt
ünvanlarına “Marketinq və korporativ kommunikasiyaları üzrə mütəxəssis” başlığı ilə göndərməklə edə
bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
