Vakansiya haqqında
“Absheron Hospitality Group” MMC “İnsan resursları üzrə mütəxəssis”
vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması ilə bağlı işlərin
icra olunması;
İşçilər üçün işin xüsusiyyətinə uyğun vaxtı rejimlərinin
tərtib edilməsi və işçilərin işə davamiyyətinin izlənməsi;
Vakansiyaların
elan olunması, işçi müraciətlərinin qiymətləndirilməsi;
İşə qəbul
müsahibələrinin təşkil edilməsi və işə qəbul proseslərinin effektiv idarə olunması;
İnsan resursları proseslərinin optimallaşdırılması üzrə təkliflərin
hazırlanması;
İşçilərlə bağlanan əmək müqavilələrinin hazırlanması və
onların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
İşçilərin şəxsi məlumatlarının ERP sistemində (elektron və ya kağız daşıyıcıda) qeyiyyatını
həyata keçirmək, məlumatların vaxtında yenilənməsini təmin etmək;
İşçilərin məzuniyyətlərinin uçotunu aparmaq, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak
etmək və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsini həyata keçirmək;
İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi;
Vəzifə üzrə əsas tələblər:
Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklərinin olması;
İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında biliklərinin
olması;
Effektiv ünsiyyət və təqdimat bacarığının
olması;
Komanda ilə işləmək bacarığının olması;
Məxfi məlumatlarla işləmək təcrübəsinin olması;
İngilis dili biliyinin olması;
Microsoft Office
(Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
