Vakansiya haqqında
Namizəd birbaşa Marketinq Direktoru ilə çalışacaq, partnyor şirkətlər
ilə gündəlik marketinq kommunikasiyasını, reklam kampaniyalarını və müxtəlif layihələrin koordinasiyasını həyata
keçirəcək.
Vəzifə öhdəlikləri
Partnyor şirkətlər ilə gündəlik kommunikasiya və əməkdaşlığın
qurulması;
Reklam kampaniyalarının, aksiyaların və tədbirlərin təşkilində
iştirak;
Sosial media üçün kontentlərin hazırlanmasına və
planlaşdırılmasına dəstək;
Şirkətlər ilə endirim və xüsusi təklif
kampaniyalarının koordinasiyası;
Təqdimatların, hesabatların və marketinq
materiallarının hazırlanması;
Marketinq layihələri üzrə tapşırıqların
icrası, izlənilməsi və nəticələrin hesabatlandırılması;
Marketinq
komandası, şirkətlər və digər tərəfdaşlar arasında effektiv koordinasiyanın təmin edilməsi.
Namizədə tələblər
Marketinq, SMM, layihələrin koordinasiyası və ya müştərilərlə iş sahəsində təcrübə
üstünlükdür;
Yüksək kommunikasiya və təşkilatçılıq
bacarığı;
Eyni zamanda bir neçə layihə və tapşırığı idarə etmək
bacarığı;
Instagram və digər sosial media platformaları haqqında
biliklər;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət
bacarığı;
İngilis dili biliyi üstünlükdür;
MS Office proqramları ilə işləmək bacarığı;
Məsuliyyətli, operativ, kreativ və təşəbbüskar olmaq;
Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı
İş
rejimi: 5 günlük (09:00-18:00)
Əməkhaqqı:
Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini “Marketinq üzrə Koordinator” mövzusu ilə
elanda“Müraciət et”bölməsində
göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
