Vakansiya haqqında
Veb saytlar və veb tətbiqlər hazırlamaq üçün komandamıza Full-stack
Developer axtarırıq. Bu vəzifədə hər layihənin texniki icrasına başdan sona cavabdeh olacaqsınız. Dizayn
maketlərini işlək veb səhifələrə çevirəcək, backend funksionallığını hazırlayacaq, testləri aparacaq və layihənin
istifadəyə verilməsini təmin edəcəksiniz.
Əsas vəzifələr
Next.js və React ilə kompüter, planşet və mobil ekranlara uyğun veb
saytlar və veb tətbiqlər hazırlamaq.
Backend funksionallığını və API-ləri
hazırlamaq, verilənlər bazası və xarici xidmətlərlə inteqrasiyaları qurmaq.
Layihəni test etmək, serverdə yerləşdirmək və istifadəyə verildikdən sonra yaranan texniki
problemləri aradan qaldırmaq.
Mövcud saytların sürətini və istifadə
rahatlığını yaxşılaşdırmaq.
Əsas tələblər
Veb layihələrin həm frontend, həm də backend
hissələrini müstəqil hazırlamaq üzrə praktik təcrübə.
HTML, CSS
və JavaScript üzrə güclü biliklər.
Next.js və
React ilə veb layihələr hazırlamaq təcrübəsi.
REST API,
verilənlər bazası və Git ilə işləmək bacarığı.
Veb layihələri serverdə və
ya bulud platformasında yerləşdirmək və istifadəyə vermək təcrübəsi.
Üstünlük hesab olunur
TypeScript ilə layihə təcrübəsi.
Python və Django ilə backend proqramlaşdırma təcrübəsi.
React Native ilə mobil tətbiqlərin hazırlanması üzrə
təcrübə.
CMS inteqrasiyası və kontentin idarə edilməsi
üçün admin panellərinin hazırlanması.
Texniki SEO və veb
saytların performansının optimallaşdırılması.
Docker, CI/CD və
avtomatlaşdırılmış testlər üzrə təcrübə.
CV-nizi və portfolionuzuMüraciət et düyməsində qeyd olunan
elektron poçt ünvanına “Full-stack Developer” mövzusu ilə göndərin. Portfolionuzda
hazırladığınız layihələrin linklərini və hər layihədə hansı hissələrə cavabdeh olduğunuzu qısaca qeyd
edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
