Vakansiya haqqında
DataLead Consulting / Bakı
DataLead Consulting mövcud müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi,
eyni zamanda data management, analitika və süni intellekt istiqamətlərində yeni müştərilərin cəlb edilməsi üçün
Sales & Account Manager axtarır.
Biz kommersiya düşüncəsinə sahib, müştərilərlə etibarlı və uzunmüddətli münasibətlər qura
bilən, onların biznes ehtiyaclarını anlayaraq satış imkanlarına çevirə bilən peşəkar axtarırıq.
Əsas vəzifələr
Təhkim olunmuş müştərilər üzrə əsas kommersiya əlaqələndiricisi olmaq və biznes və
İT qərarvericiləri ilə uzunmüddətli münasibətlər qurmaq;
Mövcud müştəri
portfelini idarə etmək və inkişaf etdirmək;
Müştərilər üzrə account
plan-lar hazırlamaq, onların prioritetlərini və ehtiyaclarını müəyyən etmək;
DataLead-in məhsul və xidmətləri üzrə yenilənmə, cross-sell və upsell imkanlarını
müəyyənləşdirmək;
Mövcud müştərilərlə müntəzəm əlaqə saxlamaq, onların
sorğularının və ehtiyaclarının koordinasiyasını təmin etmək;
Müştəri
məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın qorunmasına dəstək göstərmək;
Yeni potensial müştəriləri müəyyən etmək, onlarla əlaqə qurmaq və yeni satış imkanları
yaratmaq;
İlkin əlaqə və ehtiyacların müəyyənləşdirilməsindən başlayaraq
kommersiya təklifinin hazırlanması, danışıqlar və müqavilənin imzalanmasına qədər tam satış prosesini idarə
etmək;
Müştəri görüşlərini, təqdimatları, demo sessiyalarını və
kommersiya təkliflərini daxili texniki mütəxəssislərlə koordinasiya etmək;
Satış pipeline-ını, forecast-ları və müştərilər üzrə növbəti addımları mütəmadi və dəqiq
şəkildə idarə etmək;
Kommersiya hədəflərinə və nəticələrinə görə
məsuliyyət daşımaq.
Texniki komandanın dəstəyi
Müştərilərlə iş prosesində namizəd DataLead-in texniki ekspertləri, konsultantları və
məhsul mütəxəssisləri tərəfindən dəstəklənəcək.
Texniki komanda:
Detallı texniki tələbləri müəyyən edəcək;
Uyğun həlləri təklif edəcək;
Demo və texniki
təqdimatlarda iştirak edəcək;
Kommersiya təkliflərinin texniki
hissələrinin hazırlanmasına dəstək göstərəcək.
Sales & Account Manager-in əsas fokusu isə müştəri münasibətlərinin idarə olunması,
kommersiya fəaliyyətinin koordinasiyası, mövcud hesabların inkişaf etdirilməsi və yeni biznes imkanlarının
yaradılması olacaq.
Namizədə tələblər
B2B satış və account management sahəsində iş təcrübəsi;
Texnologiya, İT və ya konsultinq sahəsində təcrübə üstünlükdür;
Mövcud müştəriləri inkişaf etdirmək və eyni zamanda yeni müştərilər cəlb etmək
bacarığı;
Güclü kommunikasiya və münasibət qurma
bacarıqları;
Rəhbər və qərarverici şəxslərlə sərbəst və peşəkar ünsiyyət
qurmaq bacarığı;
Müştərinin biznes ehtiyaclarını müəyyən etmək və uyğun
dəyər təklifini formalaşdırmaq bacarığı;
Güclü danışıqlar aparmaq,
etirazları idarə etmək və satışları nəticələndirmək bacarığı;
Account
planning, follow-up və satış pipeline-ının idarə olunmasına sistemli yanaşma;
Təşəbbüskarlıq, məsuliyyət və ölçülə bilən kommersiya nəticələrinə
fokuslanmaq.
Dərin texniki bilik əsas tələb deyil. Bizim üçün daha vacib olan kommersiya düşüncəsi,
güclü ünsiyyət bacarıqları və texniki ekspert komandası ilə effektiv işləyə bilməkdir.
DataLead-də sizi nə gözləyir?
Data və süni intellekt texnologiyalarının bizneslərdə tətbiqinin sürətlə dəyişdiyi
bir dövrdə müxtəlif və maraqlı layihələr üzərində işləmək imkanı.
DataLead-də siz texniki ekspertlərimiz, müştərilərimiz və texnologiya tərəfdaşlarımızla
birlikdə işləyərək peşəkar şəbəkənizi genişləndirəcək, real biznes use-case-lərini yaxından görəcək və yeni
texnologiyaların praktiki biznes həllərinə necə çevrildiyini öyrənəcəksiniz.
Biz maraqlı, nəticəyönümlü, insanlarla işləməyi sevən və kommersiya baxımından inkişaf etmək
istəyən namizədləri komandamıza dəvət edirik.
Maraqlanan namizədlər CV-lərini və satış/account management sahəsində təcrübələri barədə
qısa məlumatıMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
