Vakansiya haqqında
CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və
turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup
şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Elektrik
İşləri Sahə Mühəndisi axtarırıq.
İşin təsviri:
Təsdiq edilmiş tətbiq layihələrinə, texniki spesifikasiyalara və iş proqramına uyğun
olaraq elektrik işlərinin sahədə icrasını izləmək və koordinasiya etmək;
Elektrik işlərinin keyfiyyət tələblərinə, şirkətin prosedurlarına, əməyin mühafizəsi
qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
Subpodratçılar tərəfindən yerinə yetirilən elektrik işlərini yoxlamaq, keyfiyyətə nəzarət
qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;
Subpodratçıların
hazırladığı metraj, ataşman, haqq-hesab sənədlərini, material hesablamalarını və detallı iş proqramlarını yoxlamaq
və izləmək;
Sahə işləri üçün tələb olunan material, avadanlıq və digər
ehtiyacları müəyyən etmək, təminat prosesini izləmək;
Sahədə yaranan
texniki məsələləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları aparmaq;
Layihənin digər bölmələri və subpodratçılarla koordinasiyalı işləmək.
Vəzifə üzrə tələblər:
Universitetlərin Elektrik Mühəndisliyi ixtisası üzrə ali
təhsil;
Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş
təcrübəsi;
Elektrik layihələrini, tətbiq çertyojlarını və texniki
spesifikasiyaları oxumaq və qiymətləndirmək bacarığı;
Smeta və iş
həcmlərinin hesablanması,və haqq-hesab prosesləri barədə məlumatlı olmaq
MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;
Keyfiyyətə nəzarət, sınaq, istismara vermə və əməyin mühafizəsi prosesləri barədə
bilik;
İngilis dili biliyinin orta səviyyədə olması; yaxşı səviyyədə
olması üstünlükdür;
Analitik düşünmə, problem həll etmə, komandada işləmə
və effektiv ünsiyyət bacarıqları.
İş yeri:Zağulba, Bakı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik İşləri Sahə Mühəndisi” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
