Vakansiya haqqında
Piramida Travel komandamıza incoming turizm
sahəsində yüksək təcrübəyə malik, peşəkar və məsuliyyətli Incoming Manager axtarırıq.
Namizədə
tələblər:
Incoming turizm sahəsində minimum 5 il iş
təcrübəsi;
Azərbaycan üzrə
xarici turistlər üçün tur paketlərinin hazırlanması və idarə olunması üzrə peşəkar
biliklər;
Fərdi turistlər
(FIT), qrup turları, MICE və korporativ qruplarla işləmək təcrübəsi;
Otellər, nəqliyyat şirkətləri, restoranlar, bələdçilər
və digər yerli tərəfdaşlarla güclü işgüzar əlaqələrin olması;
Otel rezervasiyaları, transferlər, ekskursiyalar və
digər yerüstü xidmətlərin (land services) təşkili və idarə olunması;
Tur proqramlarının hazırlanması, qiymət
hesablamalarının aparılması və kommersiya təkliflərinin tərtib edilməsi;
Net qiymətlər, satış qiymətləri, mənfəət marjası və
büdcə hesablamaları üzrə mükəmməl biliklər;
Xarici turizm şirkətləri və B2B tərəfdaşlarla danışıqlar aparmaq
bacarığı;
İngilis dilini
yüksək səviyyədə bilmək; rus və digər xarici dilləri bilmək üstünlükdür;
Excel, e-mail yazışmaları və gündəlik iş proqramları
ilə sərbəst işləmək;
Operativ qərarvermə, problem həll etmə, komanda ilə işləmək və yüksək
məsuliyyətlilik;
Eyni
zamanda bir neçə qrupun və rezervasiyanın idarə olunması bacarığı.
Əsas
vəzifələr:
Xarici tərəfdaşlardan gələn sorğuların
operativ cavablandırılması;
Fərdi və qrup turları üçün proqramların və qiymət təkliflərinin
hazırlanması;
Otellər və
digər təchizatçılarla qiymət danışıqlarının aparılması;
Rezervasiyaların, ödənişlərin və xidmətlərin
koordinasiyası;
Turun bütün
mərhələlərində keyfiyyətə nəzarət;
Xarici tərəfdaşlarla uzunmüddətli işgüzar münasibətlərin
qurulması;
Şirkətin
gəlirliliyinin və xidmət keyfiyyətinin artırılması.
Biz nə
gözləyirik?
Bizə sadəcə rezervasiya edən deyil, prosesi
əvvəldən sona qədər idarə edə bilən, bazarı yaxşı tanıyan, güclü tərəfdaş əlaqələri olan və şirkətə real biznes
dəyəri qazandıracaq peşəkar mütəxəssis lazımdır.
Yalnız müvafiq sahədə ciddi iş təcrübəsi olan
namizədlərin müraciət etməsi xahiş olunur.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
