Vakansiya haqqında
Şöbə:Hazır Beton Məhsulları
İş vaxtı:Tam
Əsas vəzifələr:
Bütün sahə əməliyyatlarını, o cümlədən istehsalat, texniki xidmət, avadanlıqlardan
səmərəli istifadə, işçilərin və podratçıların fəaliyyətini əlaqələndirir və koordinasiya edir.
Lider kimi, nümunə olaraq təhlükəsizlik mədəniyyətini təşviq edir, bütün əmək fəaliyyətini
təhlükəsizlik siyasət və prosedurlarına müvafiq həyata keçirir.
Zavodla
əlaqəli prosesləri nəzərdən keçirir və yaxşılaşdırılması təkliflərini verir.
Zavodun səmərəliliyi və məhsuldarlığını saxlamaq məqsədilə avadanlıqlara nəzarət edir və
tövsiyələr verir.
Zavodda müqavilə əsasında fəaliyyət göstərən
podratçıların fəaliyyətinə nəzarət edir və işin keyfiyyətinə, resurslardan səmərəli istifadəyə və müəyyən
olunmuş vaxta müvafiqliyinə cavabdehlik daşıyır.
İstehsal planına müvafiq
olaraq, müştərinin nümayəndəsi ilə gündəlik əlaqə saxlayır və betonun miqdarı, vaxtı və yerini təsdiq edir. Beton
üzrə Zavod Menecerini bütün dəyişikliklər haqqında məlumatlandırır.
Paylanma planına uyğun olaraq məhsulun təyin olunmuş tikinti sahəsinə çatdırılmasına nəzarət
edir.
Beton zavodunda işləyən bütün işçilərə iş vaxtı haqqında
məlumatların verilməsinə cavabdehdir.
Əmlakın saxlanması və
idarəolunmasına cavabdehlik daşıyır.
Zavod işçilərinin, texniki xidmət,
istehsal və paylama ilə məşğul olan içilərin idarəolunmasına cavabdehlik daşıyır.
Təlim tələblərinin yenilənməsi və tələb olunan kimi təklif olunmasını təmin
edir.
İstehsal materiallarının bölüşdürülməsinə nəzarət
edir.
Xərclərə nəzarət və istehsal tələbinə müvafiq olaraq zavodla bağlı
bütün təmir və texniki xidmətin planlaşdırılmasını həyata keçirir.
Zavodla əlaqəli ekoloji aspektləri və problemləri şərh edir və onlara nəzarət
edir.
Bütün lazım olan xam materialların inventarizasiyasını
aparır.
Ayın yekunu üçün inventar və fərqlilik haqqında hesabatlar
hazırlayır.
Hər ayın sonunda maliyyə icmalına nəzər
salır.
Qarşıda duran və mövcud tələb və narahatlıqları müzakirə etmək
üçün aktiv layihələrin müştəriləri ilə əlaqə saxlayır.
Çatdırılmanı
həyata keçirən əməkdaşların müştəri ərazisindəki fəaliyyətinə nəzarət edir.
Hadisələrin araşdırılmasını təşkil edir və hesabat verir.
Zavod məhsulunun tələb olunan keyfiyyətdə olmasını təmin edir.
Xammalın keyfiyyət spesifikasiyası daxilində olmasına nəzarət edir.
Təhlükəsizlik tədbirlərinin davamlı təkmilləşdirilməsini təmin edir və onların müəyyən edilmiş
standartlara uyğunluğuna nəzarət edir.
Əməliyyatların müəyyən edilmiş
əsas fəaliyyət göstəricilərinə (ƏFG) uyğunluğuna nəzarət edir.
Bacarıq və Kvalifikasiyalar:
İnşaat, mühəndislik və ya müvafiq sahədə Ali təhsil;
Tikinti sahəsi üzrə işçi qüvvələrinin idarəolunmasında iş təcrübəsi;
Hazır beton məhsulları sahəsində bilik və minimum 3 il təcrübə;
MS Office tətbiqi;
Detallara diqqətlə
yanaşmaq;
Azərbaycan dili – sərbəst, İngilis dili biliyi
üstünlükdür.
Maraqlananlar CV–lərini, mövzu hissəsində mütləq HBM İstehsalat üzrə
MeneceryazmaqlaMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
